Bakı Mühəndislik Universitetində "Kapital Bank otağı" istifadəyə verildi

Bakı Mühəndislik Universitetində 23 may 2024-cü il tarixində Bakı Mühəndislik Universiteti (BMU) və Kapital Bank arasında memorandum imzalandı və yeni strateji əməkdaşlığın əsası qoyuldu. Mərasimdə Kapital Bank-ın İdarə heyətinin sədri Fərid Hüseynov, BMU-nun rektoru Yaqub Piriyev və hər iki qurumun nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən Kapital Bank-ın İdarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov bildirdi ki, "Bu gün imzaladığımız memorandum, Kapital Bank və Bakı Mühəndislik Universiteti arasında daha sıx və uğurlu əməkdaşlığın başlanğıcıdır. Biz inanırıq ki, hər iki tərəfin strateji inkişaf planına uyğun olan bu əməkdaşlıq həm universitet, həm də bank üçün yeni imkanlar yaradacaq və uzunmüddətli, faydalı münasibətlərin inkişafına töhfə verəcək".
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Universitetin rektoru Yaqub Priyev isə çıxışında bu əməkdaşlıq sayəsində tələbələrin praktiki biliklər əldə edəcəyini, gələcək karyeraları üçün vacib təcrübələr qazanacağını, eləcə də iş dünyasına daha hazırlıqlı şəkildə atılacaqlarını vurğuladı. 
İmzalanma mərasiminin ardından Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində ağıllı lövhə, müvafiq sayda notbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilmiş 80 nəfərlik müasir "Kapital Bank otağı"nın açılış mərasimi keçirildi. Mərasimdə vaxtıilə Bakı Mühəndislik Universitetində təhsil almış, bu gün isə Kapital Bank-ın menecer heyətində yer alan bank əməkdaşları öz təsüratlarını bölüşdülər.
Xatırladaq ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn Kapital Bank daha öncə  Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində müasir texnoloji standartlara cavab verən "Kapital Bank" otaqlarının açılışını həyata keçirib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. / marja.az

Banklar     Tarix: 24 may 2024

Oxşar xəbərlər

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi


iqtisadi xeberler 1000 manatla biznes birbank avtomobil xeberleri depozit faizleri