Bakı yaxınlığında yeni zavod işə düşür - 11 MİLYON SƏRMAYƏ - 50 YENİ İŞ YERİ
Bu il polimer materialların emalı müəssisəsi fəaliyyətə başlayacaq
Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Novus Plastica" MMC-nin polimer materialların emalı müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir.
İqtisadi Zonaların İnkişafı Agentliyindən FED.az-a verilən məlumata görə, müəssisənin investisiya dəyəri 11 milyon manatdan çoxdur.
Bildirilib ki, layihə üzrə indiyədək görülən işlərə 7,8 milyon manatdan artıq sərmayə qoyulub və işlərin təqribən 70 faizi tamamlanıb.
"50 nəfərədək insanın daimi işlə təmin ediləcəyi müəssisədə iki növdə polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə ediləcək polietilen örtüklərin istehsalı həyata keçiriləcək. İstehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyə, MDB ölkələrinə ixracı nəzərdə tutulur. Müəssisənin 2023-cü ilin birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur", - məlumatda qeyd olunub.
Xatırladaq ki, "Novus Plastica" MMC-yə 2020-ci ilin avqust ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Bitcoin necə işləyir?
Fond birjası nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes təlimlər və tədris üsulları
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?