Bakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - Fotolar
Bakıda 30 yaşlı iş adamının ölümü ilə nəticələnən yol qəzası baş verib.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 28-i saat 23 radələrində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində naməlum sürücü idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerini tərk edib. Nəticədə piyada oradaca ölüb. Avtomobil rayon ərazisində tapılıb.
İnsidenti törədən sürücünün müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
Qeyd edək ki, qəzada vəfat edən 30 yaşlı N.Məmmədli "Bakumoz" kitab evinin sahibidir. O, bukinist və dizayner kimi də fəaliyyət göstərib. Kitab evi metronun "28 May" və "Neftçilər" stansiyaları yaxınlığında fəaliyyət göstərir.
O, 3 ildir ki, ailəli imiş.





Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd