Bakıda Gömrük-Biznes Forumu keçirilib
Bu gün Bakıda Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının təşkilatçılığı və BP şirkətinin dəstəyi ilə "Gömrük-Biznes Forumu 2024" keçirilib.
DGK: Gömrük yığımlarının büdcənin qeyri-neft-qaz gəlirlərində payı 34 %-dir
FED.az xəbər verir ki, forumunun məqsədi gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, cari il ərzində həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrin özəl sektorun və digər maraqlı tərəflərin nümayəndələri ilə birgə müzakirəsinə imkan yaradacaq işgüzar platformanın formalaşdırılmasıdır.
Forumda dövlət və özəl sektorun, ictimaiyyətin, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçilərindən ibarət nümayəndələr iştirak edib.
Tədbirin açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış ediblər.
Daha sonra Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanan, 2025-ci ildən etibarən tətbiqinə başlanacaq gömrük dəyərini qabaqcıl beynəlxalq təcrübə əsasında dəqiq və dürüst, rəqəmsal həllər əsasında müəyyənləşdirən "Rəqəmsal Gömrük Dəyəri", saxlanc xərclərini azaldılmasına, malların istehlakçıya daha sürətli şəkildə çatdırılmasına, biznes proseslərin çevikliyinin artırılmasına şərait yaradacaq "İkipilləli Buraxılış Sistemi" və daşıyıcılar üçün resursların daha rasional bölüşdürülməsi, sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsi, logistika işinin səmərəli təşkili və proqnozlaşdırılması baxımından əhəmiyyətli olan "İlkin Məlumatlandırma Sistemi" layihələrinin təqdimatı keçirilib.
Qeyd edək ki, rəqəmsal həllərə və beynəlxalq dəyərləndirmə standartlarına, süni intellektə və elmi araşdırmalara əsaslanan yeni layihələr əlverişli biznes mühitinin formalaşdırlması, vaxt və vəsaitə qənaət olunması, gömrük işinin səmərəliliyinin artırılması baxımından xarici ticarət iştirakçılarına əlavə imkanlar yaradacaq.
Daha sonra Səlahiyyəti İqtisadi Operator layihəsi çərçivəsində SİO statusu alan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə və "FoodCity Aqrokompleks"ə sertifikatlar təqdim olunub.
Forum öz işini panel müzakirə ilə davam etdirib və sahibkarları maraqlandıran suallar cavablandırılıb (Report).

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin necə işləyir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 müğənnisi