Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində şagirdlərə sahibkarlığın ilkin sirləri öyrədilib

Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində şagirdlərə sahibkarlığın ilkin sirləri öyrədilibNövbəti Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu (SME World Forum 2023) Bakıda keçirilir.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən tədbirin məqsədi kiçik və orta biznesin dəstəklənməsi və inkişafı sahəsində ən yaxşı təcrübənin öyrənilməsi, institusional tərəfdaşlığın genişləndirilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi, gənc sahibkarlığın təşviqi, eləcə də Azərbaycanın əlverişli biznes mühitini və potensial investisiya imkanlarını geniş auditoriyaya tanıtmaqdır. 
13-16 noyabr tarixlərində keçiriləcək forum çərçivəsində bir sıra silsilə tədbirlər təşkil olunacaqdır. 
Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində ilk tədbir noyabrın 14-də "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"ndə keçirilib. "Gələcək sahibkarların hazırlanması" adlı tədbirdə KOBİA, ICSB və "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"nin nümayəndələri, 6 və 9-cu sinif şagirdləri, sahibkarlar iştirak ediblər. 
Şagirdlərə sahibkarlığın ilkin sirlərini öyrətmək məqsədilə təşkil olunan tədbir yenilikçi təhsil tədbirlərindən hesab olunur. Gələcəyin biznes liderlərinin hazırlanması üçün vacib elementləri özündə birləşdirən tədbir çərçivəsində ICSB ekspertləri tərəfindən şagirdlərə sahibkarlığın əsas anlayışları, o cümlədən marketinq, qiymət və müştərilərlə davranış barədə zəruri məlumatlar verilib. Sahibkarlıq fəaliyyətinin simulyasiya edildiyi tədbirdə həmçinin şagirdlər şərti pullardan istifadə etməklə ticarət edib, real işgüzar münasibətlərin qurulması və maliyyənin idarə edilməsini təcrübədən keçiriblər. 
Tədbirdə "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"nin, "Landau məktəbi"nin, "Evrika liseyi"nin, "Azərbaycan Britaniya Kolleci"nin və "Bakıda Britaniya Məktəbi"nin 100-ə yaxın şagirdi iştirak edib. 
Sonda proqramı uğurla başa çatdıran şagirdlərə ICSB tərəfindən sertifikatlar verilib.

Biznes     Tarix: 15 noyabr 2023

Oxşar xəbərlər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler leobank kart bu gunun xeberleri bitkoin almaq 1000 manatla biznes