Bakıda qumbara partladılması ilə bağlı cinayət işi başlanıldı

Bakıda qumbara partladılması ilə bağlı cinayət işi başlanıldıAvqustun 23-ü gecə saat 3 radələrində paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində əl qumbarasının partladılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu Rayon Prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü İntizam Nəcəfovun keçmiş arvadının anası və uşaqları ilə birlikdə yaşadığı evə gəlib onları öldürməklə hədələyib döyüşə hazır vəziyyətə gətirdiyi əl qumbarasını evin həyətinə atmasına, daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onunla profilaktik söhbət aparan zaman yenidən əvvəlcədən əlində hazır vəziyyətdə olan qumbaranı həyətə ataraq partlatmasına əsaslı şübhələr müəyyən edilib.
Baş vermiş hadisə ilə bağlı xəsarət alan olmayıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
İntizam Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam edir.

Xəbərlər     Tarix: 25 avqust 2022

Oxşar xəbərlər

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Azərbaycanın hava yüklərini daşıyan aviaşirkəti yeni təyyarələr alır

Azərbaycanın əsas avia yüklərin daşınmasınaı həyata keçirən "Silk Way West Airlines" (Silk Vey Vest Aviaşirkəti MMC) Fransa təyyarə istehsalçısı "Airbus" ilə iki əlavə "A350F" yük təyyarəsi alış

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Tesla, Çin istehsalı olan komponentlərdən istifadə etməmək qərarı alıb

Tesla təchizatçılardan ABŞ avtomobil istehsalında Çin istehsalı olan komponentlərdən istifadə etməməyi tələb edir. xəbər verir ki, "Wall Street Journal" qəzetinin məlumatına görə, məsələ ilə tanış olan insanla

Fed İdarə Heyətinin keçmiş üzvü Kuqlerin qaydaları pozduğu meydana çıxıb

Keçmiş FED İdarə Heyətinin üzvü Adriana Kuqlerin bu yay qəfil istefa verməsindən sonra onun FED-in etik qaydalarını pozan çoxsaylı maliyyə əməliyyatları etdiyi üzə çıxıb. xəbər verir ki, hökumət sənədlərinə əsasən, məsəl

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Buğda idxalı 1 milyon tonu keçdi

Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar


iqtisadi xeberler dollarin kursu bu gun bitcoin qiymeti kripto biznes krediti