"Baktelecom" və "Nokia" Bakıda 10 Gbit/s və daha yüksək sürətdə xidmətlər təqdim edəcək

®Azərbaycanın dövlət operatoru "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti (Baktelecom) ölkənin kommersiya yönümlü XGS-PON (10G PON) xidmətini təqdim etmək üçün telekommunikasiya texnologiyaları sahəsində qlobal şirkət olan "Nokia" ilə əməkdaşlığa başlayıb.
Əməkdaşlıq çərçivəsində 2024-cü ilin mart ayından etibarən ev təsərrüfatları və biznes subyektlərinə XGS-PON həlli vasitəsilə genişzolaqlı və yüksəksürətli internet xidmətlərinin təqdim edilməsi üçün şəbəkənin qurulmasına başlanılıb.

Texnoloji innovasiyalarda müştəriyə fokuslanmağı prioritetləşdirən "Baktelecom" tərəfindən ötən ilin iyun ayında laborator mühitdə texniki infrastruktur yaradılıb. Layihənin tətbiqi üçün fərqli model mobil cihaz və noutbuklarda müxtəlif tezliklər və kanal genişliyində edilən testlər uğurla nəticələnib və 1 Gbit/s sürət əldə edilib.
"Baktelecom" "Nokia"nın XGS-PON fiber-optik infrastrukturundan istifadə etməklə ilkin mərhələdə 1 Gbit/s-ə qədər sürət üzərindən tariflərin formalaşdırılmasını və bazara təqdim edilməsini hədəfləyir. Belə ki, "Nokia"nın "Quillion" çipseti ilə təchiz edilmiş 25G PON həlli eyni fiber-optik kabel üzərindən GPON və XGS-PON ilə birlikdə işləyir. Bu, "Baktelecom"a, müştərilərinə gələcəkdə 10 Gbit/s və daha yüksək sürətdə xidmətlər təqdim etmək üçün mövcud fiber şəbəkəsindən istifadə imkanı verir.
"Baktelecom" MMC-nin baş direktoru vəzifəsini icra edən Tural Pirverdiyev xidmət standartlarının yüksəldilməsinin hər zaman prioritet olduğunu vurğulayaraq bildirib: "Ölkəmizdə gedən rəqəmsal transformasiya prosesinin bir hissəsi olaraq müştərilərimizə gələcəkdə daha yüksək sürətdə xidmətlər təqdim etmək üçün apardığımız işlər çərçivəsində "Nokia"nın XGS-PON həlli ilə dəyərli müştərilərimizin həyat keyfiyyətinin yüksəldilməsi və kommersiya baxımından yüksəksürətli bağlantı təqdim etmək vədimizi yerinə yetiririk".
"Nokia"nın Avropa ofisinin Genişzolaqlı şəbəkələr infrastrukturu üzrə vitse-prezidenti Bjorn Capens öz növbəsində qeyd edib ki, "Baktelecom" sabit şəbəkə həlli ilə etibarlı, yüksəksürətli qoşulma tələb edən yeni xidmətlər və proqramlar təqdim etmək üçün müştərilərinin artan genişzolaqlı internet tələblərinə çevik cavab verə bilər. "Baktelecom"un şəbəkəsi dayanıqlı olacaq və bu, mövcud fiber şəbəkəsindən istifadə etməklə gələcəkdə onu 25G PON-a yüksəltmək imkanı verəcək", – deyə o vurğulayıb.
Qeyd edək ki, "Baktelecom" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsinin əsas tərəfdaşlarındandır. Ümumilikdə ölkə üzrə 2,29 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud olan ev təsərrüfatı və biznes subyektlərinin 78%-ni təşkil edir.
Layihənin icrasına başlanıldığı 2021-ci ildən etibarən Bakı şəhərində genişzolaqlı internetin əhatəsi 5 dəfə genişlənib və 0,99 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı təmin edilib. Bu, paytaxtda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 90,2%-ni təşkil edir. Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır. / banker.az

Xəbərlər     Tarix: 24 may 2024

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb


iqtisadi xeberler bitcoin bitkoin almaq dollar mezenne dollar məzənnəsi