"Baku Steel Company" QSC-nin ilk rəsmi pərakəndə - SATIŞ MƏRKƏZİ AÇILIB

Qafqaz regionunun ən böyük metallurgiya şirkəti olan "Baku Steel Company" QSC (BSC) ilk rəsmi pərakəndə satış mərkəzi Bakı şəhəri, N.Nərimanov rayonu, Mir-Cəlal küçəsi 15 (Dərnəgül) ünvanında istifadəyə verilib.
FED.az xəbər verir ki, yeni mərkəzin açılışı ilə "Baku Steel Company" QSC Azərbaycanın pərakəndə satış bazarında da rəsmən təmsil olunacaq.
Pərakəndə satış mərkəzi həftənin 6 günü - çərşənbə axşamından bazar gününədək, saat 08:00-17:00 aralığında fəaliyyət göstərəcək.
Texniki təhlükəsizlik qaydalarına tam riayət olunan yeni satış mərkəzində müştərilər "Baku Steel Company" QSC-nin istehsalı olan yüksək keyfiyyətli armatur çeşidlərini müxtəlif diametr və uzunluqda,  istənilən sayda və ya çəkidə əldə edə biləcəklər. Mərkəzdə, həmçinin katanka (məftil), xomut, dairəvi çubuqlar, tikişsiz borular, kvadrat və dairəvi pəstahlar və yayma valları kimi məhsulları da almaq olacaq. Məhsullar və onların qiymətləri ilə maraqlananlar [email protected] elektron poçt ünvanına yazmaqla və ya +994 12 4 900 800, +994 51 4 900 800 telefon nömrələrinə zəng etməklə məlumat əldə edə bilərlər.  
Qeyd edək ki, bu günədək "Baku Steel Company" QSC-nin məhsullarının satışı şirkət tərəfindən əsasən topdan və korporativ satış üsulu ilə həyata keçirilib.
Xatırladaq ki, "Baku Steel Company" QSC-də hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edilir. 20 ildən artıq fəaliyyəti dövründə nəinki Azərbaycanın, bütün Qafqaz regionunun tanınmış brendinə çevrilən "Baku Steel Company" QSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, Avropa, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunub.

Biznes     Tarix: 23 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycan-Türkiyə birgə müəssisəsinin rəhbərliyində - İki mühüm təyinat

SOCAR və Türkiyənin TEKFEN şirkətinin Azərbaycandakı birgə müəssisəsinin rəhbərliyində bir sıra mühüm dəyişiklik baş tutub. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, "AZFEN"

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib. xəbər verir ki, Azərbaycan  Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarə

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb - FOTOLAR

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. xəbər verir ki, lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajını

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"

İtaliya şirkətlərinin Azərbaycan və Mərkəzi Asiyaya köçürülməsi üzərində işlər aparılır. xəbər verir ki, bunu İtaliyanın FSI investisiya şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamaqnini Bakıda keçirilən I

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla


iqtisadi xeberler dollarin kursu bu gun bank faizleri biznes ideyalari pul qazanmaq