Bank BTB 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil edib
®Bank BTB-nin kollektivi gələcəyimiz olan uşaqlar üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabirabad rayonunda "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyi ilə birgə və Güvən Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi ilə tədbir təşkil edib.
Tədbir çərçivəsində "İdeyam var" müsabiqəsinin qalibi, Bankın əməkdaşı Aytən Süleymanlının ideyası əsasında hazırlanmış oyuncaq qutusuna bank əməkdaşları və bankın müştəriləri tərəfindən toplanmış oyuncaqlar, məntiqi inkişaf oyunları və digər hədiyyələr Sabirabad rayonunda Yeni Həyat İctimai Birliyi tərəfindən təsis edilmiş mərkəzdə tədris alan 3-13 yaş aralıqlı uşaqlara təqdim edilib. Gün ərzində mərkəzdə aztəminatlı və sosial müdafiəsi zəif olan ailələrdən olan uşaqlarla yanaşı, müəyyən fiziki qüsurlu uşaqlar da müxtəlif kurslarda, maraqlı təhsil layihələrində tədris alırlar. Bank BTB-nin əməkdaşları uşaqlarla müxtəlif maraqlı fəaliyyətlər və oyunlar keçirib, birgə nahar edib, uşaqlar üçün maraqlı və yaddaqalan bir tədbir təşkil ediblər.
Bank BTB-nin KSM siyasətinin bir istiqamətində uşaqların və yeniyetmələrin inkişafına və təhsilinə töhfə vermək, yeniyetmələrin asudə vaxtını səmərəli təşkil etmək, onlarda bədii qiraətə və idmana marağı artırmaq, intellektual inkişafı, uşaqların fiziki inkişafı və sağlam həyat tərzini formalaşdırmaq, təhsili və maarifləndirilməsi istiqamətində işlər aparmaqdır. Bank BTB uşaqlarla müxtəlif maraqlı sosial layihələri bundan sonra da davam etdirəcəkdir.
Parlaq gələcəyimiz naminə PAYLAŞ, SEVİNDİR! / banker.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları