Bank depozitləri üzrə gəlir vergisinin hesablanması qaydası

Bank depozitləri üzrə gəlir vergisinin hesablanması qaydasıBanker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir:
Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir.
Maddədən göründüyü kimi, bank depozitləri üzrə gəlir vergisindən azadolma yoxdur. Bank depozitləri üzrə gəlir vergisinin ləğvi bank depozitləri üzrə vəsaitlərin geri çəkilməsinin sürətlənməsinə səbəb oldu. Bu səbəbdən də 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsinə bank depozitləri üzrə 2 yeni əlavə edildi.
Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.22-3-cü maddəyə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Bank əmanətləri ilə bağlı Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.22-4-ci maddəyə əsasən isə yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmadan ödənildikdə, hesablanmış faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.
Hər iki maddə ilə əlaqədar vacib məqamları qeyd edək.
Birinci məqam: Vergi Məcəlləsinin 102.1.22-3-cü maddəsində depozitlǝ bağlı müddət tələbi olmasa da güzəşt ediləcək məbləğə maksimum müddət tələbi qoyulub.
Misal 1: Vergi ödəyicisi 30.000 manat məbləğində vəsaiti illik 10 faiz olmaqla 1 il müddətinə banka depozit kimi yerləşdirib. Bu zaman həmin vəsait üzrə hesablanan aylıq gəlirin 200 manatlıq hissəsi gəlir vergisindən azaddır. Misal üçün, vətəndaş həmin depoziti 1 ilin sonunda əldə edərsə, bu zaman hesablanmış faiz 3.000 manat təşkil edəcək:
30.000 x 10% = 3.000 manat.
Güzəşt məbləği aylıq 200 manat olduğu üçün illik məbləğ 2.400 manat olacaq:
200 x 12 = 2.400 manat.
Bu zaman bank vətəndaşa ödənən faizin 600 manat hissəsindən ödəmə mənbəyində vergi hesablayacaq:
3.000 – 2.400 = 600 manat.
Misal 2: Əvvəlki misalın davamı olaraq bildirək ki, vətəndaş iki fərqli, hər biri 30.000 manat olmaqla, cəmi 60.000 manat depoziti 1 illik müddətə yerləşdirib. Bu zaman hesablama hər bir bank üzrə birinci misala uyğun həyata keçiriləcək. Çünki Vergi Məcəlləsinin həm 102.1.22-3-cü, həm də 102.1.22-4-cü maddəsində "fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan" ifadəsi mövcuddur. Vergi Məcəlləsinə əlavə edilmiş digər 102.1.22-4-cü maddədə, birincidən fərqli olaraq, müddət tələbi mövcuddur – 18 ay. 18 aylıq müddət tələbi olarsa, o zaman aylıq faiz gəliri üzrə 200 manat tələbi olmur və tam məbləğ gəlir vergisindən azad edilir.
Misal 3: Vətəndaş banka 2 il müddətinə 30.000 manat məbləğində illik 10 faiz olmaqla vəsait yerləşdirib. Həmin vəsait müqavilə müddəti başa çatdıqdan sonra əldə edilərsə, o zaman hesablanan tam faiz üzrə gəlir vergisi tətbiq edilməyəcək.
Misal 4: Əvvəlki misalımızın davamı olaraq bildirək ki, fiziki şəxs banka 2 il müddətinə və illik 10 faiz olmaqla yerləşdirdiyi 30.000 manat vəsaiti 12 aydan sonra əldə etmək istəyir. Vəsaiti yerləşdirdikdə müddətin Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsində nəzərdə tutulan 18 aydan çox tələbi ödəməsinə baxmayaraq, fiziki şəxs həmin vəsaiti 18 aydan tez əldə edib. Bu səbəbdən də artıq faiz gəliri üzrə güzəşt Vergi Məcəlləsinin 102.1.22-3-cü maddəsinin tələblərinə, yəni aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsinə tətbiq ediləcək.
Vətəndaş 1 yanvar 2023-cü il tarixdə 24 aylıq müddətə banka depozit yerləşdirə bilər. 24 aydan sonra ödənilən depozit üzrə faiz gəlirlərinin hesablanması Vergi Məcəlləsinin 102.1.22-4-cü yox, 102.1.22-3-cü maddəsinin tələblərinə uyğun olacaq.
Mənbə: Anar Bayramovun "Vergi qanunvericiliyi və şərhlər toplusu – 2024" kitabı

Banklar     Tarix: 04 iyun 2024

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq