"Bank of Baku" 30 milyon manatdan çox xalis mənfəət açıqladı
"Bank of Baku" ASC 2023-cü ili 30 milyon 124 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 40 milyon 87 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Marja.az "Bank of Baku" ASC-nin 31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, ötən il "Bank of Baku"nun gəlirləri azalmayıb, xalis mənfəətin düşməsi, əsasən, ehtimal olunan kredit zərələrinin bərpası üzrə məbləğin azalmasından və haqq və komissiya xərclərinin artmasından qaynaqlanır. Ötən il "Bank of Baku" ASC-nin faiz gəlirləri 31 milyon 381 min manat və ya 34,8% artaraq 121 milyon 582 min manat təşkil edib. Bankın haqq və komissiya gəlirləri isə 1 milyon 617 min manat və ya 15,2% artaraq 12 milyon 233 min manata çatıb.
BANK BÖYÜYÜB
Ötən il "Bank of Baku" ASC-nin kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 91 milyon 283 min manat və ya 16,6% artaraq 641 milyon 944 min manata yüksəlib. Bankın cəmi aktivləri isə 174 milyon 189 min manat və ya 25% artaraq 868 milyon 586 min manata çatıb.
2023-cü ildə "Bank of Baku" ASC-nin depozit portfeli (müştərilərə ödəbiləcək vəsaitlər) 156 milyon 3 min manat və ya 42,2% artaraq 31 dekabr 2023-cü il tarixində 525 milyon 775 min manat təşkil edib.
31 dekabr 2023-cü il tarixində "Bank of Baku" ASC-nin səhmdarları "NAB Holding" (35%), Hikmət İsmayılov (31.11%), "Azpetrol Neft Şirkəti" MMC (28.89%) və Elçin İsayev (5%) olub.



"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları