"Bank of Baku" 30 mln. manatlıq xalis mənfəət əldə edib

"Bank of Baku" ASC 2023-cü ildə də böyük həcmli xalis mənfəət əldə etməklə kapital balansındakı bölüşdürülməmiş mənfəətini böyütdü.
Banker.az xəbər verir ki, "Bank of Baku"nun 2023-cü il üzrə audit edilmiş hesabatından 30.12 milyon manatlıq xalis mənfəət əldə etdiyi məlum olub. Bankın xalis mənfəətindən sonra, bölüşdürülməmiş mənfəəti 111.62 milyon manata yüksəldi. Halbuki, bankın səhm kapitalı cəmi 52.87 milyon manatdır və kapitalın əsas hissəsi illərdir yığılmış mənfəətlərdir. Hesabat müddətində bankın mənfəət vergisi ödənişi 8.29 mln. manat təşkil edib.
Xalis mənfəətin bu qədər yüksək olmasına rəğmən bankın səhmdarları NAN Holding (35%), Hikmət İsmayılov (31.11%) və Elçin İsayev (5%) kapital mövqeyinin güclü qalmasında maraqlıdırlar və cəmi 10 mln. manat dividend ayırıblar.
Bank 2022-ci il üzrə 40.09 milyon manat xalis mənfəət əldə etmişdi.
BoB 2023-cü ildə illik müqayisədə faiz gəlirlərini 35% artımla 121.58 milyon manata yüksəldib.
KREDİTLƏR BÖYÜYÜR…
Kommersiya bankı "Bank of Baku" ASC 2023-cü ili balansında da uğurlu rəqəmlərlə qapadıb. Kənar auditin rəyinə əsasən, bank kredit portfelini 16 faiz artımla 641.9 mln. manata yüksəldib. Bankın aktivlərində əlavə 131.05 mln. manatlıq nağd pul var. Cəmi aktivlərin həcmi artaraq 694.4 mln. manatdan 868.59 mln. manata yüksəlib.
Bankın cəmi öhdəlikləri illik 28 faiz artımla 700.6 mln. manat olub. Bunun 525.77 mln. manatı müştərilərə ödəniləcək vəsaitlərdir.

Banklar     Tarix: 03 iyun 2024

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq