"Bank of Baku"nun departament direktoru dərslik hazırlayıb
Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin baş müəllimi Tağıyev Xəyaləddin və Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu"nun rəhbəri, "Bank of Baku"ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmov tərəfindən "Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" adlı dərslik və onun proqramı hazırlanmışdır.
Dərslik "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqaməti üzrə prioritet hədəflərin icrası çərçivəsində ABA, "Visa Inc." beynəlxalq kart təşkilatı, "Zolotoya Korona" ödəniş sistemi və rəqəmsal ödəniş ekosistemində təmsil olunan qabaqcıl maliyyə institutlarının dəstəyi əsasında nəşr edilmişdir.
Kitabda rəqəmsal ödənişlər, ödəniş ekosistemi və onun komponentləri, ödəniş alətləri və xüsusiyyətləri, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası və təkmilləşmə istiqamətləri, elektron bankçılıq xidmətləri və onlardan istifadə, rəqəmsal ödənişlər üzrə qabaqcıl beynəlxalq təcrübə və innovativ həllər, habelə rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatları açıqlanmışdır. Dərslikdə, həmçinin müxtəlif iqtisadi ədəbiyyatlarda rəqəmsal ödənişlərə nəzəri baxışlar, "hörümçək toru" prinsipi və onun şərhi verilmişdir.
Ölkəmizdə bu sahədə ilk dəfə nəşr olunan bu kitab cəmiyyətimizdə rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri üzrə maliyyə savadlılığının yüksəldilməsi, ödəniş ekosistemində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Kitabı aşağıdakı elektron poçt ünvanından sifariş edə bilərsiniz: /marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Elon Musk kimdir?
Swift nədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Shopify-da necə satışa başlamaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?