Bank Respublika -nın maliyyə vəziyyəti açıqlandı

Bank Respublika -nın maliyyə vəziyyəti açıqlandıÖlkənin ən böyük banklarından biri olan Bank Respublika, 2022-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.
Bankdan Marja-ya daxil olmuş press-relizdə bildirilir ki, Bank Respublika dinamik inkişafını davam etdirərək, bütün göstəricilərdə artım nümayiş etdirib və tarixinin ən yüksək nəticələrini əldə edib.
2023-cü il yanvarın 1-nə Bankın aktivləri 29% artaraq 1,58 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Press-relizdə qeyd edilib ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 22% artaraq 127,47 milyon manat olmuş və minimum məcmu kapital normasını 2 dəfədən çox üstələmişdir.
Ötən illə müqayisədə Bankın xalis faiz gəlirləri 49%-dən çox artaraq 84,8 milyon manata, xalis əməliyyat mənfəəti 2 dəfədən çox artaraq 33,28 milyon manata, xalis mənfəəti isə 37 % artaraq 26,65 milyon manata çatıb.
12 ayın yekunlarına əsasən, Bankın depozit və kredit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub: "Belə ki, ötən illə müqayisədə bankın depozit portfeli 21% artmışdır ki, bu da çoxsaylı müştərilərin "Bank Respublika"ya olan inamını bir daha təsdiqləyir".
Ötən il Bank Respublika həm bank həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun  kreditləşməsini davam etmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Avropa İnvestisiya Şirkəti (EMF Microfinance Fund)  kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır. 
"Biz çox şadıq ki, 30 illik yubiley ilində Bank Respublika tarixinin ən yüksək nəticələrini əldə edə bildi. Bu müddət ərzində Bank Respublika Azərbaycanın maliyyə-kredit sistemində öz yerini möhkəm tutmuş etibarlı maliyyə institutu kimi özünü təsdiq etmişdir. Bu nəticənin əldə edilməsində verdiyi töhfəyə və əməkdaşlığa görə komandamıza, bütün müştərilərimizə və partnyorlarımıza öz dərin təşəkkürümü bildirirərm. Bank Respublika qüsursuz fəaliyyəti, yüksək xidmət keyfiyyəti və rəqəmsal məhsul və xidmətlərinin tətbiqinin artırılması ilə gələcəkdə də ona göstərilən etimadı doğruldaraq dinamik inkişafını davam etdirəcək", - deyə Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib. / marja.az

Banklar     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib

Azərbaycanda həyat sığortası şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin həcmi 2026-cı ilin yanvar–sentyabr aylarında 650 milyon 712 min manat təşkil edib. -ın şirkətlər üzrə statistik məlumatlar əsasında apardığ

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Azərbaycan Sənaye Sığortada yığımlar 20% azalıb, ödənişlər 56% artıb

"Azərbaycan Sənaye Sığorta" ASC-də 2026-cı ilin yanvar–sentyabr aylarında sığorta haqları və ödənişlərinin dinamikası əks istiqamətdə dəyişib. xəbər verir ki, şirkətin topladığı sığorta haqları 2025-ci ilin eyn

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Aqrar Sığorta 20,5 milyon manat toplayıb, cəmi 1,9 milyon manat ödəyib

"Aqrar Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 20 milyon 480 min manat sığorta haqqı toplayıb. xəbər verir ki, şirkətin 2025-ci ilin eyni dövründəki sığorta yığımları 15 milyon 747 min manat təşkil etmişdi

İcbari həyat sığortası: sığorta haqları 35%-ə yaxın azalıb

Azərbaycanda i̇cbari həyat sığortası üzrə 2026-cı ilin yanvar–sentyabr aylarında 46 milyon 731 min manat sığorta haqqı toplanıb. Azərbaycan Mərkəzi Bankının statistikası əsasında xəbər verir ki, 2025-ci ilin eyni dövründ

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm"… Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

"AccessBank"ın sədri: "Bank Respublika" ilə sövdələşmə tamamlanıb

"AccessBank" və "Bank Respublika" arasında sövdələşmə tamamlanıb. Bu barədə "AccessBank"ın İdarə Heyətinin sədri David Tsiklauri bildirib. O, bankdakı beşillik fəaliyyətini dəyərləndirərək əld

Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı

Azərbaycan Mərkəzi Bankının təqdim edilmiş statistik məlumatları əsasında sığorta şirkətlərinin 2026-cı ilin yanvar–sentyabr aylarında topladıqları sığorta haqları və həyata keçirdikləri ödənişlər üzrə iki ayrı sıralama hazırlanıb


iqtisadi xeberler dollar mezenne bu gunun xeberleri telefonla pul qazanmaq bitcoin qiymeti