"Banklararası Kart Mərkəzi" ilə bu il 85 milyon əməliyyat aparılıb
Bu ilin I yarısında Azərbaycanda "Banklararası Kart Mərkəzi" (BKM) üzərindən 84,6 milyon kart әmәliyyatı aparılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Rəqəmsal Ödənişlər İcmalı"nda bildirilir.
Məlumata görə, əməliyyatların dəyəri milli valyutada 4,1 milyard manat, xarici valyutada isә 14,7 milyon dollar və 4,7 milyon avro təşkil edib.
BKM ölkədə emissiya olunan ödəniş kartlarından istifadə olunmaqla xidmət mərkəzləri arasında aparılan əməliyyatların emalının ölkə daxilində həyata keçirilməsi məqsədilə yaradılıb.
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro