Bankların Mərkəzi Bankdakı məcburi ehtiyatları 1.42 mlrd. manata çatıb

Bankların Mərkəzi Bankdakı məcburi ehtiyatları 1.42 mlrd. manata çatıbAzərbaycan Mərkəzi Bankında kommersiya banklarının məcburi ehtiyatlarının həcmi 1 mlrd. 419.2 mln. manatı ötüb.
Banker.az bunu AMB-nin 2023-cü ilin yanvarın sonuna olan gstəricinə istinad edir.
Son bir ayda AMB-dəki məcburi ehtiyatlar 2%-dən çox artmış olub.
Bu artımlar 2023-cü ilin iyununda qüvvəyə minmiş yeni məcburi ehtiyat normaları ilə əlaqəlidir.
AMB ölkədə manatın inflyasiyasını səngitmək üçün mandatında olan alət – məcburi ehtiyat normalarına əl atıb.
Sterlizasiya, uçot faiz dərəcəsi ilə paralel bu prosesi də davam etdirərək bazarda krediti bahalı etməklə pul kütləsini azaltmağa çalışır.
Qeyd edək ki, Azərbaycanda artıq son bir ildə inflyasiya ikirəqəmlidir və uçot faiz dərəcəsinin pul kredit siyasətinə təsiri olduqca zəifdir.
Mərkəzi Bankın 6 iyun 2022-ci il tarixli qərarı ilə "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"na edilən dəyişikliklərin qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna şərait yaradıb.  Dəyişikliyə görə, məcburi ehtiyatların milli valyutada depozitlər üzrə 4%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-ə qaldırılıb. AMB son iclasda deyib ki, bu bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0.044% artırıcı təsir göstərir.
AMB izahında bunu əsaslandırıb ki, izafi likvidlik şəraitində məcburi ehtiyat normalarının artırılmasının kredit faizlərinə artırıcı təsiri gözlənilmir.
2023-cü ilin yanvar ayının sonuna ölkədə dövriyyədə olan nağd pulların 14 mlrd. 714.4 mln. manatdan 14 mlrd. 557.3 mln. manata düşdüyü göstərilir.
Ölkədə cəmi depozitlərin həcmi yanvarda 36 mlrd. 249.8 mln. manatdan 35 mlrd. 552.9 mln. manata düşüb. Azalmaya təsir həm milli (12 mlrd. 803.3 mln. manat), həm də xarici valyutada olan depozitlər (11 mlrd. 980.3 mln. man. ekv.) təsir edib.
Fiziki şəxslərin depozitləri isə son bir ayda 11 mlrd. 743 mln. manatdan 11 mlrd. 928.5 manata yüksəlib.
AMB hazırda ən böyük əmsalı məcburi ehtiyatlar üzrə xarici valyutada olan depozitlər (5%) üçün tətbiq edir.
Bankların Mərkəzi Bankdakı məcburi ehtiyatları 1.42 mlrd. manata çatıbMəcburi ehtiyat norması qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə, iqtisadiyyatda pul kütləsinin həcmi azalır. AMB məcburi ehtiyat normasını azaltdıqda isə bunun əksi baş verir.
Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni, 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcək.
Azərbaycan Mərkəzi Bankı banklar üçün məcburi ehtiyat normaları ilə bağlı 19 dekabr 2022-ci ildə diferensial qayda tətbiq etməyə başladı. Ətraflı.
"5 (1 mlrd. manatadək olan depozitlər üçün; up to 1 bln. azn deposits),
10 (1 mlrd. manatdan çox olan depozitlər üçün; over 1 bln. azn deposits)" "6 (750 mln. manatadək olan depozitlər üçün; up to 750 mln. azn deposits),
12 (750 mln. manatdan çox olan depozitlər üçün; over 750 mln. azn deposits)"

Banklar     Tarix: 28 fevral 2023

Oxşar xəbərlər

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler dollar mezenne bitkoin emlak xeberleri dollar manat kursu