Barnum-Forer effekti: niyə XXI əsrdə hələ də bürclərə inanırıq?

Barnum-Forer effekti: niyə XXI əsrdə hələ də bürclərə inanırıq?Bürclər, proqnozlar, xarakterin müəyyən edilməsi testləri –  bütün bunlar mənbəsini elmi cəhətdən sübut etmək qeyri-mümkün olan təsvirlərdir, hansı ki çox vaxt doğru və aktual görünür. Reallıqla heç bir əlaqəsi olmasa da, müsbət və danılmaz fakt kimi qəbul edilən məlumatlara etibar etmək psixologiyada Barnum-Forer effekti adlanır.
Nə üçün proqnozlara və testlərə etibar edirik
Gündəlik həyatda Barnum-Forer effekti bir çox rutin, gündəlik işlərdə, məsələn, astroloji proqnozlara, ulduz falına və şəxsiyyəti müəyyən etmək üçün psixoloji testlərə inanmaqda özünü göstərir. Bir qayda olaraq, onlar sadə dildə yazılır və hər hansı bir insanın təsvirinə uyğunlaşa bilən universal düsturları ehtiva edir, lakin Barnum-Forer effektinə görə bu faktın anlaşması arxa plana keçir.
Neyropsixoloq Deniz Yerebekanın fikrincə, Barnum effektinin işləməsinin səbəblərindən biri – insanın özü və başqaları qarşısında "yaxşı" görünmək istəyidir. Mütəxəssis yazır: "Biz bizim haqqında müsbət fikirlərə inanmağa meylliyik, xüsusən də arzuladığımız gələcəyimizlə bağlı olan fikirlərə. Bu, müsbət xüsusiyyətlər eqomuzu qidalandırdığı üçün baş verir". Sadə dildə desək, insanın özü haqqında yaxşı bir şeyə inanmaq istəyi, hətta bu anti-elmi yanaşmaya əsaslansa və ya şübhəli mənbədən götürülsə belə, təbii və normaldır. "Özümüzü müsbət xüsusiyyətlərə malik olduğumuzu təsəvvür edərək, cəmiyyətə daha yaxşı inteqrasiya etməyə və sosial qrupların bir hissəsi olmağa çalışırıq. Bu, bizə daim dəyişən həyat şərtlərinə uyğunlaşmağa kömək edən fitri instinktdir", – Yerebekan əlavə edir.
Barnum-Forer fenomeninin başqa bir komponenti – insan ona yaxın və tanış görünən şeyə can atmaq istəyir. "Biz özümüzə və gündəlik fəaliyyətlərimizə aid ola və əlaqələndirilə biləcək məlumatları qəbul etməyə meylliyik. Başqa sözlə, gözləntilərimizə cavab verən fərziyyələrə inanırıq və onlara zidd olanı görməməzlikdən gəlirik". Nəticədə, bürclərdə təsvirləri və psixoloji testlərin nəticələrini təşkil edən ümumi qəbul edilmiş formullar insan tərəfindən etibarlı və unikal informasiya kimi qəbul olunur, sanki xüsusilə onun üçün və onun haqqında yazılıbmış kimi.
Yerebekan həmçinin Barnum-Forer fenomenindən sonra insanların çoxunun universal olmasına və konkret bir şəxs üçün hazırlanmamasına baxmayaraq, özləri üçün uyğun hesab etdikləri ifadələri təqdim edir:
– "gözlədiyiniz şey tezliklə baş verəcək";
– "ətrafınızda onlarla danışmağınızı gözləyən çoxlu insanlar var";
– "siz çatışmazlıqlarınızı kompensasiya etməyi bacardığınızı bilirsiniz";
– "ədalət sizin üçün əsas dəyərdir";
– "gördüyünüz işə tənqidi yanaşırsınız";
"Bu ifadələr qeyri-müəyyən və geniş əhatəlidir, lakin insanlar onları oxuyanda şüuraltı olaraq şəxsi qəbul edirlər. Bürclərdə və test nəticələrində deyilənlər insanları əksəriyyətinə aiddir, ona görə də onlara inanmaq çətin deyil", – neyropsixoloq vurğulayır.
Maraqlıdır ki, astrologiya və psixologiya Barnum-Forer effektinin işlədiyi yeganə sahə deyil. Bu, məsələn, "Spotify" və ya "Netflix" kimi striminq xidmətlərində, eləcə də guya fərdiləşdirilmiş "Sizin üçün" bölməsinin olduğu sosial şəbəkələrdə də baş verir.
Tövsiyələr lenti dövründə qərəzsizlik
Barnum-Forer effekti təbiidir, ona görə də ondan qorxmamalısınız – onun həyatımızda nə qədər özünü göstərəcəyi və nə qədər təsir edəcəyi təfərrüatlara və məlumatlara olan diqqətimizdən asılıdır. Deniz Yerebekan bu psixoloji fenomenin hərəkətlərimizə və qərarlarımıza təsirini azaltmağa kömək etmək üçün iki məsləhət verir: skeptik düşüncəni və dəlil axtarmaq bacarığını inkişaf etdirmək, o cümlədən ayıq-sayıq olmaq.
Birinci halda, Yerebekanın qeyd etdiyi kimi, insanların Barnum effekti haqqında məlumatlılığını artırmaq vacibdir. Belə ki, onun varlığını bilməklə, heç bir elmi sübutu olmayan məlumatlara şübhə ilə yanaşacaqsınız. İnformasiyanın bu kimi tənqidi qavrayışı bizə özümüz haqqında yanlış inanclardan qaçmağa və onlara əsaslanaraq tələsik qərarlar qəbul etməməyə kömək edəcək.
Neyropsixoloq sayıqlıqdan danışarkən xatırladır ki, şəxsiyyətimiz düşünülmüş qiymətləndirmə faktlarına əsaslanmalıdır. "Unutmayın ki, jurnaldakı testlərdək keçmək və falçı ilə məsləhətləşmək əyləncəli olsa da, bu mənbələrin çox vaxt elmi əsası yoxdur" – Yerebekan deyir. Beləliklə, bu və ya digər şərti proqnozu və ya şəxsi xarakteristikaları oxuyarkən, təfərrüatlara diqqət yetirməyə və orada deyilənlərin həqiqətən sizə və real davranış və hərəkətlərinizə aid olduğunu təhlil etməyə çalışın. / banker.az

Maraqlı     Tarix: 20 fevral 2023

Oxşar xəbərlər

Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi

CNN-in mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev inkişaf etmiş imkanları səbəbindən OpenAI-dan GPT-5.6 modelinin yalnız hökumət tərəfindən təsdiqlənmiş məhdud sayda iş ortağına təqdim olunmasını istəyib

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. Marja xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanun

Bir səhvin qiyməti 500 000 dollardır: Intel fabriki necə qurulub

Intel-in çip fabrikinə səfərin adi olmayacağını mənə hələ adi dezodorantdan belə istifadə etməyin qadağan olunduğunu deyəndə anladım. Nə losyon. Nə saç spreyi. Nə kosmetika. Videooperatorla birlikdə Oreqona uçmazdan əvvə

İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə "Global MBA" proqramına qəbul elan edir

() Azərbaycanda yüksək potensiala malik kadrların liderlik, idarəetmə və qlobal biznes bacarıqlarının inkişafına dəstək vermək məqsədilə IE Universitetinin "Global MBA" proqramına qəbul elan edilir. Proqrama qəbu

"Buckswood School Azerbaijan"ın ilk məzunları dünyanın TOP-100 universitetlərinə qəbul olublar

() İngiltərənin 1933-cü ildən fəaliyyət göstərən nüfuzlu məktəbinin Azərbaycan kampusu ilk tədris ilini beynəlxalq uğurla başa vurub. Azərbaycanda fəaliyyət göstərən ilk və yeganə rəsmi İngiltərə məktəbi olan "Buckswoo

Amerika 300 illiyin astanasında: növbəti yarım əsrdə bəşəriyyəti nə gözləyir?

Ay bazaları, yüz yaşa qədər həyat və nəhayət, uçan avtomobillər. 2076-cı ilə qədər açılacaq gələcək təsəvvür etdiyimizdən xeyli qəribə ola bilər. 1976-cı ilin aprelində, ABŞ-nin iki yüz illiyinin qeyd olunmasına üç ay qalmış

Kevin Kelli: bizi yeni qeyri-müəyyənlik dövrü gözləyir

Məşhur futuroloq deyir ki, qeyri-müəyyənlik göstəricisi hazırda dərin "qırmızı zonadadır" və yaxın illərdə vəziyyətin asanlaşacağı görünmür. Hətta süni intellekti yaradan ekspertlər belə bundan sonra nə baş verəcəyin

Donald Tramp ABŞ iqtisadiyyatına neçəyə başa gəlir? — The Economist

Donald Trampın Ağ evə qayıdışından sonra ABŞ iqtisadiyyatı inkişaf etmiş ölkələrin əksəriyyətindən daha güclü görünməyə davam edib. 2025-ci ildə ABŞ ÜDM-i 2,1% artdığı halda, Böyük Britaniya, Fransa və Yaponiya iqtisadiyyatlar

Çin niyə iri nüvə reaktorlarına üstünlük verir?

Bu, iki fərqli nüvə sənayesinin hekayəsidir. Çində nüvə energetikası. Çində iri nüvə reaktorları heyrətamiz sürətlə tikilir. Son illərdə ölkə öz nüvə parkını demək olar iki dəfə genişləndirərək ümumi istehsal gücünü əhəmiyyətl


iqtisadi xeberler iqtisadiyyat xeberleri biznes xeberleri dollarin kursu bu gun dollar kursu