Baş nazir Ağsuda buğda istehsalı ilə bağlı müşavirə keçirib

Baş nazir Ağsuda buğda istehsalı ilə bağlı müşavirə keçiribSentyabrın 12-də Ağsu rayonuna səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə ərzaqlıq buğda istehsalında mövcud problemlərə və qarşıda duran vəzifələrə həsr olunan işçi müşavirə keçirib, həmçinin Ağsu Aqropark QSC-nin fəaliyyəti ilə tanış olub.
Bu barədə azxeber.com-a Nazirlər Kabinetindən məlumat verilib.
Müvafiq dövlət qurumlarının və aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlərin rəhbərlərinin iştirak etdiyi işçi müşavirədə Azərbaycan Respublikası Prezidentinin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar, Azərbaycanda ərzaqlıq buğda istehsalında mövcud problemlər, qarşıda duran vəzifələr, Fərmana uyğun olaraq dövlət dəstəyi mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.
Müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinin çıxışları, ərzaqlıq buğda istehsalçılarının, müasir suvarma sistemlərini tətbiq edən və tətbiq edilməsini planlaşdıran təsərrüfat rəhbərlərinin problemləri və təklifləri dinlənilib.
Baş nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq hökumətin ərzaqlıq buğda istehsalçılarına dəstək verəcəyini, qarşıda duran əsas vəzifələrin əkinə yararlı torpaq ehtiyatlarının genişləndirilməsi, buğda istehsalında məhsuldarlığın artırılması, ərzaqlıq buğdanın keyfiyyətinin yüksəldilməsi, müasir texnologiyanın tətbiqi və su ehtiyatlarının qənaətlə sərf edilməsi olduğunu vurğulayıb.
Müşavirənin sonunda Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrası ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Xəbərlər     Tarix: 12 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler bitcoin qiymeti kripto bitkoin emlak xeberleri