Bayden süni intellektlə bağlı xəbərdarlıq etdi: "Təhlükəli ola bilər"
ABŞ Prezidenti Co Bayden süni intellekt barədə xəbərdarlıq edib.
Bayden Ağ Evdə Prezidentin Elm və Texnologiya Məsləhətçiləri Şurası (PCAST) ilə görüşüb.
Görüşün məqsədi süni intellektin təqdim etdiyi imkanlar və risklərlə bağlı qiymətləndirmələr aparmaq olub.
Görüş zamanı Bayden bildirib ki, texnologiya şirkətləri süni intellektin yarada biləcəyi təhlükələrə görə məsuliyyət daşımalıdırlar. O, həmçinin qeyd edib ki, konqres də bu çərçivədə addımlar atmalıdır.
Onun sözlərinə görə, süni intellekt xəstəliklər və iqlim dəyişikliyi kimi problemlərin öhdəsindən gəlməyə kömək edə bilər, lakin eyni zamanda iqtisadiyyat və milli təhlükəsizlik üçün potensial risklər daşıma ehtimalı var.
Bayden vurğulayıb ki, texnologiya şirkətləri məhsullarını ictimaiyyətə təqdim etməzdən əvvəl onların təhlükəsiz olduğundan əmin olmalıdırlar.
"Sosial media bizə göstərdi ki, lazımi tədbirlər görülmədən güclü texnologiyalardan istifadə zərərli ola bilər", – deyə o qeyd edib.
Bayden bu kontekstdə lazımi tədbirlərin görülməməsinin gənclərin psixi sağlamlığına, özünü qavramasına və duyğularına mənfi təsir göstərə biləcəyinə diqqət çəkib.
"Zamanla görəcəyik. Ola bilər…", – deyə Bayden süni intellektin təhlükəli olub-olmadığı ilə bağlı sualı cavablayıb. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 adamı
5 liderlik göstəricisi
Cash Back nədir?
Elon Musk kimdir?