Bazarlarda yay bahalaşmasına hazır olun — SƏBƏBLƏR

Bazarlarda yay bahalaşmasına hazır olun — SƏBƏBLƏRMay ayı ərzində təbiət hadisələrinin – leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil.
KONKRET.azxəbər verir ki, bu barədə "Trend"ə Kənd Təsərrüfatı Nazirliyinin İctimiayyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.
O bildirib ki, bölgələrdə hava şəraitinin kəskin dəyişməsi nəticəsində təsərrüfatlarını sığortalamış fermerlər tərəfindən Aqrar Sığorta Fonduna müraciətlər daxil olmaqdadır:
"Müraciətlər əsasında fond tərəfindən fermerlərə dəymiş zərərin müəyyən olunması üçün müstəqil sığorta ekspertlərinin bölgələrə ezam olunması təmin edilir. Ekspertlər tərəfindən dəymiş zərər müəyyən olunduqdan sonra sığorta ödənişlərinin edilməsi barədə qərar qəbul olunacaq".
KTN rəsmisi "may ayı ərzində təbiət hadisələrinin – leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil" desə də, ekspertlər fərqli düşünür.
Məsələn, bazarda gündəlik qiymət dəyişikliklərini görə bilərik. Yerli istehsalın böyük hissəsi ixraca da yönəlib. İstehsalın həcmi isə o səviyyədə deyil ki, həm xaricə satmağa kifayət etsin, həm də daxili bazarda bolluq yaratsın. Daxili istehsalçılar isə onları qiymət artımında günahlandırmağı doğru saymırlar. "Hər şeyin qiyməti qalxırsa, biz öz məhsullarımızı niyə ucuz sataq" deyirlər.
İqtisadçı ekspert Eldəniz Əmirov "Yeni Müsavat"a bildirdi ki, sığorta və ixrac məsələsi kənd təsərrüfatı sahəsində təzadlı vəziyyət yaradır.
Ekspert kənd təsərrüfatı sahəsindəki fəaliyyətin sığortalanmasının sahibkarlar, o cümlədən istehlakçılar üçün son dərəcədə zəruri olduğunu vurğuladı:
"Risk hadisəsinin baş vermə ehtimalı o qədər çoxdur ki, şirkətlər bu fəaliyyət sahəsini sığortalamaqda maraqlı olmurlar. Kütləvi zərərödəmə sığorta şirkətlərinə baha başa gəlir. Yüksək sığorta haqlarının formalaşması məhsulun qiymətinə mənfi təsir göstərir. Sığorta olmasa, sığorta hadisəsi baş verən zaman sahibkar zərər görür, bazara mənfi təsir olur – məhsul azalır, bu da qiymətin artmasına təkan verən amilə çevrilir. Eyni zamanda ixracın artması da təsiredici amildir. Rəqəmlər bunu deməyə ciddi əsas verir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının, ələlxüsus meyvə-tərəvəzin qiymətində artım dinamikası təkcə paytaxt Bakıda deyil, bir çox regionda müşahidə olunur.
Birinci səbəb inflyasiyadır. Gübrənin qiymətinin həddən artıq baha olması da məhsulun maya dəyərinin formalaşmasında önəmli rol oynayır. İxrac səviyyəsinin artması da məhsulların daxili istehlaka yönəlməsində azalmalara, o cümlədən ixracla münasibətdə ikinci sırada yer almasında gətirib çıxarır. 2011-ci ildən kənd təsərrüfatı məhsullarının ixrac səviyyəsi sürətlə artıb, 2020-ci ildə pandemiyaya baxmayaraq, 762 milyon dollara çatıb. 2022-ci ildə aqrar sənaye məhsullarının ixrac dəyəri təxminən 913 milyon dollar olub. Bu, 2021-ci illə müqayisədə 12% artıqdır. İxracın həcminin kəskin şəkildə artması müsbət hal olsa da, daxili bazarın təchizatında müəyyən çətinlik yaradır. Bu gün qiymət artımına səbəb olan faktorlardan biri ixraca ciddi dəstəyin göstərilməsidir".
Təbiət hadisələrinin daxili bazara vurduğu zərəri şərh edən ekspert hesab edir ki, hər il fermerlər bir sıra çətinlik yaşayırlar: quraqlıq, qar yağması, sel və s. Kütləvi zərərin qıtlığa səbəb olduğunu deyən E.Əmirov bunun qiymət artımına gətirib çıxardığını bildirdi:
"Sığorta həcmi nə qədər yüksək olsa da, məhsulun qiymətinə müsbət təsir göstərə bilmir. Sığorta, sadəcə, sahibkarlıq fəaliyyətini stimullaşdıra bilər".
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli bildirdi ki, qeyri-sabit hava şəraiti kənd təsərrüfatı məhsullarının çatdırılmasında ciddi çətinlik yaradır.
Ekspert hesab edir ki, logistikada yaranan problemlər qiymətlərə müəyyən dərəcədə təsir edə bilər:
"Hava şəraiti düzələn kimi qiymətlər də stabilləşəcək. Qeyri-sabit hava bəzi məhsulların qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Yağıntının çox düşməsi ilə əlaqədar buğdanın, arpanın məhsuldarlığı artıb, nəticədə bu məhsulların qiyməti aşağı düşüb. Ümumiyyətlə, yay mövsümü məhsulun bol olan vaxtıdır. Buna görə də sentyabra qədər qiymət artımı olmayacaq, əksinə, enmə müşahidə olunacaq".

Xəbərlər     Tarix: 17 may 2023

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler pul qazanmaq dollar məzənnəsi birbank bitkoin qiymeti