BƏƏ: "OPEC+" ölkələrinin neft hasilatını azaltmaq qərarı texniki xarakter daşıyır
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanının enerji təhlükəsizliyi sahəsindəki səylərini dəstəkləyir və "OPEK+"un neft hasilatının azaldılması ilə bağlı son qərarının siyasi xarakter daşıdığına dair iddiaları rədd edir.
Bu barədə BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin bazar ertəsi yaydığı açıqlamada deyilir.
"Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanının enerji sabitliyinə və təhlükəsizliyinə nail olmaq, o cümlədən dünya iqtisadiyyatının inkişafına töhfə verəcək neft istehsalçıları və istehlakçılarının maraqlarını təmin etmək səylərini tam dəstəkləyir", – deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, "OPEK+" ölkələrinin neft hasilatını azaltmaq qərarı razılıq əsasında qəbul edilib və "texniki xarakter daşıyır". Nazirlik həmçinin bazarın bütün iştirakçılarının maraqlarına cavab verən konstruktiv dialoqun zəruriliyini vurğulayıb. / banker.az
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb