Bələdiyyə və sahibkarların birgə biznes qurmağı təklif edilir
"Bələdiyyələr və biznes strukturları arasında əlaqələrin yaradılması vacibdir".
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"nin müzakirəsi zamanı bildirib.
"Hər bir bələdiyyə öz ərazisində mövcud resursları araşdıraraq, onları biznes layihələrinə çevirmək üçün lazım olan tədqiqatları aparmalıdır. Bunun üçün hər bir bələdiyyəyə subvensiyanın ayrılmasının və bu layihənin inkişaf təşkilatları, nazirliklər və digər dövlət qurumları ilə birgə üç ay ərzində həyata keçirilməsini təklif edirəm. Nəticədə hər bələdiyyə ərazisində gəlirli sahələr müəyyən ediləcək və konkret layihələr hazırlanacaq. Onsuz da subvensiyalar ayrılır, onlar davamlı layihələrə yatırılmalıdır. Bu iş birliyi ilə bələdiyyə və sahibkarlar xərcləri paylaşaraq biznes qurmaq imkanı əldə edəcəklər.
Sahibkar daha sərfəli şərtlərlə biznes quracaq, bələdiyyə isə çatışmayan biznes bacarıqlarını sahibkarlıq subyekti ilə kompensasiya edəcək. Bələdiyyələrə nə qədər səlahiyyət verilsə də, maliyyə resursları olmadan heç nə edə bilməzlər. Maliyyə resurslarına çıxış və onu səmərəli idarə etmək isə bacarıq tələb edir, bu da bələdiyyələrin ən zəif yerləridir", - deyə deputat bildirib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Elon Musk kimdir?
Evdə biznes qurmağın yolları
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?