Beynəlxalq axtarışa verilən bir sıra şəxslər Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilən bir sıra şəxslər Azərbaycana ekstradisiya edilibÖlkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dövlətimiz müxtəlif ölkələrlə ikitərəfli müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya) və digər sahələrdə effektiv qarşılıqlı fəaliyyət həyata keçirir.
Bu işdə səmərəliliyin yüksəldilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən xarici tərəfdaşlarla sıx əlaqələr qurulub, mütəmadi görüşlər keçirilərək danışıqlar aparılır. Qeyd edilən sahədə effektivliyin və operativliyin artırılması üçün yeni mexanizmlər tətbiq olunur, o cümlədən sənədlər elektron qaydada göndərilir.
Ölkəmizdə insan hüquqlarının təmin olunması, məhkəmə, ədliyyə, o cümlədən penitensiar sahədə aparılan islahatların, xüsusilə məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılmasının nəticəsidir ki, qabaqcıl Avropa dövlətləri bu sahədə ölkəmizdəki vəziyyəti təqdir edərək ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul edirlər.
Belə ki, təkcə ötən aylarda qəsdən sağlamlığa ağır zərər vurma, cinayətkar birlikdə iştirak etmə, rüşvət vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən bir sıra şəxslər Ədliyyə Nazirliyi tərəfindən Almaniya, Polşa, Türkiyə, İran və Ukraynadan ölkəmizə gətirilib.
Bu günlərdə isə qanunsuz olaraq psixotrop maddələrinin dövriyyəsi ilə bağlı cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Polşadan ölkəmizə təslim edilməsi təmin olunub.
Həmçinin, insanların etibarından sui-istifadə edərək dələduzluqda təqsirləndirilən digər 2 şəxsin yerləri Şimali Makedoniyada və Polşada müəyyən edilərək ölkəmizə ekstradisiyasına nail olunub.
Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Xəbərlər     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler dollar məzənnəsi biznes ideyalari 1000 manatla biznes bank faizleri