Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz - FOTO
Azercell-in dəstəyilə hazırlıq keçən şagirddən daha 1 bürünc medal Azərbaycanın məktəblilərdən ibarət informatika üzrə milli yığması İndoneziya Respublikasının Coqyakarta şəhərində keçirilən 34-cü Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2022) ölkəmizi layiqincə təmsil edib.
88 ölkədən 349-dan çox şagirdin qatıldığı olimpiadada Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov bürünc medal əldə edib.
Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Azercell-in Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Hazırlıq prosesinə ölkənin hər yerindən istedadlı şagirdlər cəlb olunur, informatika fənni üzrə aparıcı mütəxəssislər tərəfindən uşaqlara təlimlər keçirilir, zəruri biliklər paylaşılır.
Azercell-in dəstəyi ilə Milli komandaların İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlığı nəticəsində məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 24 bürünc olmaqla, ümumilikdə 35 medal əldə ediblər.
"Azercell Telekom" MMC və Təhsil Nazirliyinin birgə əməkdaşlığı nəticəsində gənclər arasında İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artırılması istiqamətində həyata keçirilən sosial layihələr davam edir.



Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Dünyanın ən varlı 10 adamı
Biznesə aid ən yaxşı 10 kitab
ZARA-nın uğur hekayəsi
ƏDV geri al və onun üstünlükləri
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt