Bəzi alimlər neandertalları klonlaşdırıb həyata qaytarmaq istəyirlər

Bəzi alimlər neandertalları klonlaşdırıb həyata qaytarmaq istəyirlərBəzi alimlər neandertalları klonlaşdırıb həyata qaytarmaq istəyirlər...
Qan Turalı yazır...
Hələ uşaq ikən Jül Vernin romanlarını oxuyurdum. Ancaq bütün bunların fantastika olduğunu bilmirdim. Haradan bilə bilərdim? Jül Vernin əsərlərindəki fantastik ünsürlər ötüb-keçən dövr ərzində reallığa çevrilmişdi. Sualtı qayıq bizi təəccübləndirə bilməzdi. Müasir dünyada ideya və reallıq arasındakı müddət daha da qısalıb. Ədəbiyyatda, kinoda gördüklərimiz sürətlə reallığa çevrilir. 
Misal üçün bir əhvalata nəzər salaq. 
2006-cı ildə Nyu-York polisində çalışan Con Mendola balaca bir küçə itinə sahiblənir. O, on il ərzində bu iti saxlayır. Ancaq bir gün "Şahzadə" adlandırdığı it xərçəngə yoluxur. Con sənədli filmlərin birində Texasdakı bir şirkət haqqında eşitmişdi. Həmin şirkət heyvanların klonlaşdırılması ilə məşğul idi. Oraya zəng vurur və ətraflı məlumat alır. 
Bir il sonra isə itin toxumaları götürülür və it klonlaşdırılır. Bir müddət sonra Şahzadə ölür ancaq klonlaşdırılmış iki it Con Mendola təhvil verilir. Yeni itlər Şahzadənin eynisi idilər. Hətta hərəkətləri, jestləri də sanki onunku idi. Con yeni itləri Şahzadə Yasəmən və Şahzadə Ariel adlandırdı. 
Bütün bu əməliyyat Mendola 50 min dollara başa gəlir. Şirkət isə pişikləri daha ucuz qiymətə - 30 min dollara, atları isə hər ikisinin cəmindən də baha - 85 min dollara klonlaşdırırdı.
Bu filmdirmi? Yox, bu, həyatdır. Hər şey bir xəbərdən götürülüb. Üstəlik, klonlaşdırma çoxdan aparılır. 1996-cı ildə alimlər qoyunu klonlamağı bacarmışdılar. 
Ancaq burada çox insanın səhv bildiyi bir məqamın üzərində dayanmaq da gərəkdir. İnsan klonlaşdırılması hələ də aparılmayıb. Hüquq sistemi buna imkan vermir. Amma bu çox asan bir prosesdir. Gəl ki, insan it, ya da dəvə deyil. Klonlaşdırmada onun tamamilə eynisi yaradıla bilər, amma bu o demək deyil ki, insan həmin insan olacaq. İnsanı təyin edən onun yaşadığı mühit, aldığı təhsil, sosial çevrəsi və həyat şəraitidir. Genetika bir yerə qədər təsirlidir. 
Eynşteyni klonlaşdırsaq yaranan yeni uşaq gələcəyin dahisi olmayacaq. Bəlkə taksi sürücüsü oldu, bəlkə birja dəllalı, bəlkə də özünü Mehdi elan edib insanlardan pul topladı. Bu mənada insan təkcə genetikadan yox, həm də Marksın dediyi kimi, sosial münasibətlərin məcmusundan ibarətdir. 
Klonlaşdırmanın isə maraqlı perspektivləri var. Misal üçün, 1936-cı ildə nəsli kəsilən Tasmaniya canavarı klonlaşdırılaraq həyata qaytarılacaq. Hazırda 50 amerikan və avstraliyalı alim bu layihə üzərində çalışır. 
Bəzi alimlər isə neandertalları klonlaşdırıb həyata qaytarmaq və onlardan elmi araşdırmalar üçün istifadə etməyi də düşünürlər. Bunu etmək də qətiyyən çətin deyil, ancaq yuxarıda qeyd edildiyi kimi, insan klonlaşdırılması qadağandır. 
"Jurassic park" filmi dinozavrların klonlaşdırılmasından bəhs edirdi. Ancaq bu texniki cəhətdən mümkün deyil. Hazırda bir milyon il əvvələ qədər mövcud olan DNT-lərin klonlaşdırılması mümkündür. 
2070-ci ildə nəsli kəsilməkdə olan heyvanların klonlarından yaradılan bir heyvanxana layihəsi mövcuddur. Ömür vəfa etsə biz burada mamontları da canlı şəkildə görə biləcəyik. Bu zamana qədər isə hind bizonu, vəhşi inək kimi nəsli kəsilən bir çox heyvanlar klonlanmışdı. 
Elm və texnikanın misli görünməmiş inkişafı XXI əsrin çöhrəsini müəyyən edəcəkdir. Bu inkişafın qatarıdır, zamanın qatarıdır. Zamanın qatarına minə bilməyənlər isə şir kostyumlu adamları oynatmağa davam edəcəklər... 

Xəbərlər     Tarix: 18 avqust 2022

Oxşar xəbərlər

Server çöküb - Saytlar işləmir

Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind

ABŞ körfəz ölkələrinə qabaqcıl süni intellekt çiplərinin satışını təsdiqləyib

ABŞ Körfəz ölkələrinə on minlərlə qabaqcıl süni intellekt çipinin satışını təsdiqləyib. xəbər verir ki, ABŞ, BƏƏ mərkəzli süni intellekt şirkəti G42 və Səudiyyə Ərəbistanında yerləşən rəqibi Humain-ə on minlərlə inkişaf etmi

Yeni layihə - Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edəcəklər

Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır. xəbər verir ki, bu barədə məlumat verən "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərin

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Neftin qiyməti yüksəlib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiymətində yüksəliş var. xəbər verir ki, Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank") daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. xəbər verir ki, bu, noyabrın 20-dən tətbiq ediləcək

Aİ Lutnikə tariflərlə bağlı xəbərdarlıq edəcək

Aİ (Avropa İttifaqı) rəsmiləri, ABŞ-ın polad və alüminium tariflərini genişləndirmə təşəbbüsünün yay aylarında imzalanmış ticarət anlaşmasına zidd ola biləcəyindən narahatdır. xəbər verir ki, Aİ-nın Ticarət Komissarı Maro


iqtisadi xeberler bitkoin qiymeti dollar manat kursu bitkoin almaq birbank