Bill Qeyts sərvətini xeyriyyəyə bağışlayacaq
Milyarder Bill Qeyts sərvətinin "demək olar ki, hamısını" bağışlamaq planlarını açıqlayıb. Onun sözlərinə görə, pul keçmiş həyat yoldaşı Melinda Qeytslə birlikdə rəhbərlik etdiyi xeyriyyə fonduna yatırılacaq.
Banker.az bu barədə "Forbes"a istinadən xəbər verir.
"Mən [reytinqdə] aşağı enəcəyəm və nəhayət dünyanın ən varlı adamları siyahısından çıxacağam", - deyə Qeyts açıqlayıb.
Planının bir hissəsi olaraq Qeyts qarşıdakı ay ərzində fonda birdəfəlik 20 milyard dollar ianə edəcək. Bu, 2026-cı ilə qədər fondun illik xərclərini 9 milyard dollara çatdıracaq. Fond hazırda təxminən 6 milyard dollar xərcləyir, onun məqsədləri arasında xəstəliklərin və uşaq ölümlərinin aradan qaldırılması və gender bərabərliyinin təşviqi də var.
Real vaxt rejimində yenilənən "Forbes Real-Time"a görə, Qeytsin sərvəti iyulun 13-nə 122.3 milyard dollar olaraq qiymətləndirilir. Dünyanın ən varlı adamları reytinqində Qeyts 4-cü yeri tutur.
Bill Gates "Microsoft"un təsisçisi və səhmdarıdır. 2020-ci ildə o, şirkətin direktorlar şurasını tərk etdiyini, 2021-ci ildə isə keçmiş həyat yoldaşı Melinda Qeytsdən boşandığını elan edib. Milyarderin üç yetkin övladı var.
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin