Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları®Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi Birbank Invest-in 2.0 versiyası istifadəyə verildi. Yenilənən platforma istifadəçilərə yerli və qlobal kapital bazarında daha geniş investisiya imkanları, təkmilləşdirilmiş interfeys və informativ qərarvermə üçün güclü alətlər təqdim edir.
Azərbaycan kapital bazarına çıxış
Birbank Invest 2.0 ilə istifadəçilər artıq yerli şirkətlərin səhm və istiqrazlarının ilkin (primary market) alışında iştirak edə bilərlər. Tezliklə platformada ilk olaraq PAŞA Bank-ın İlk Kütləvi Təklifi (IPO) təqdim olunacaq, beləliklə istifadəçilər birbaşa PAŞA Bankın səhmdarı olmaq şansı qazanacaqlar. Bu yenilik istifadəçilərə mobil tətbiq vasitəsilə birbaşa IPO prosesinə qoşulmaq və yerli kapital bazarında yaranan yeni investisiya imkanlarından yararlanmaq imkanı yaradacaq.
ABŞ kapital bazarının informativ analizi
Birbank Invest 2.0-da əlavə olunan Şirkət haqqında (Brief Company Info) bölməsi ABŞ bazarında səhmləri satışa çıxarılan şirkətlər barədə əsas məlumatları: fəaliyyət istiqaməti, qısa təsvir, bazar kapitalizasiyası, rəsmi veb-sayt, birjada ticarətə başlama tarixi və digər vacib göstəriciləri birbaşa tətbiq daxilində təqdim edir. Bu yenilik istifadəçilərə əlavə axtarışlara vaxt sərf etmədən daha effektiv və rahat investisiya qərarları qəbul etməyə imkan verir.
Təkmilləşdirilmiş istifadəçi təcrübəsi
Təqdim olunan yeni versiyada interfeys yenilənib, performans artırılıb və Qaranlıq rejimi (Dark Mode) əlavə olunub. Bu rejim xüsusilə gecə və ya zəif işıq şəraitində tətbiqdən daha rahat istifadə etməyə, göz yorğunluğunu minimuma endirməyə imkan yaradır.
Birbank Invest tətbiqini yükləmək üçün:
2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin ilk müstəqil investisiya tətbiqidir. "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC ilə əməkdaşlıq çərçivəsində yaradılan platforma istifadəçilərə yerli və beynəlxalq maliyyə bazarlarına rahat və təhlükəsiz çıxış imkanı yaradır.
Daha ətraflı məlumat üçün birbankinvest.az, saytına daxil ola, onlayn çat və yaxud sosial media kanalları vasitəsilə sorğu ünvanlaya və ya 196 Sorğu Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. / banker.az

Banklar     Tarix: 18 mart 2026

Oxşar xəbərlər

21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub

Azərbaycandakı banklar 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıblar. xəbər verir ki, 21 bankdan 21-i də maliyyə göstəricilərini açıqlayıb. Bankların hamısı 2026-cı ili 9 ayını xalis mənfəətl

"Premium Bank" hesabat açıqladı – Bank "yerində sayıb"

"Premium Bank" ASC-nin aktivləri 2026-cı ilin ilk doqquz ayında demək olar ki, dəyişməz qalaraq artım tempinə görə bank sektorunun ümumi göstəricisindən və müqayisə olunan rəqib banklardan xeyli geri qalıb. bankı

"TuranBank"ın mənfəəti 36% artıb

"TuranBank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 2 milyon 172 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 570 min manat və ya 35,6% çoxdur. Bununla belə, bankın xali

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

ABB-nin aldığı "Davr Bank"da rəhbərlik dəyişib, yeni ad təsdiqlənib

ABB-nin nəzarət paketini aldığı Özbəkistanın "Davr Bank"ında Müşahidə Şurasının bütün tərkibi dəyişdirilib, İdarə Heyətinə isə ABB-nin iki nümayəndəsi sədr müavini təyin olunub. Səhmdarlar bankın adının "AB

AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır. Ətraflı məlumat əldə etmək üçün: . Bank, 2026-cı ilin 3-cü rübün sonun

Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyy

"Deutsche Bank" kriptovalyutaların saxlanması xidmətini işə salacaq

Almaniyanın ən böyük bankı "Deutsche Bank" bir neçə həftə ərzində ilk rəqəmsal aktiv xidmətini istifadəyə verməyi planlaşdırır. Platforma ilkin mərhələdə müştərilərə bitkoin və efirium kimi kriptovalyutaları bankd


iqtisadi xeberler bitkoin almaq biznes ideyalari bitcoin qiymeti en son xeberler