Birjalarda diqqətlər sabah start götürəcək "Jackson Hole" Simpoziumuna köklənib
Birjalarda bütün diqqətlər sabah start götürəcək "Jackson Hole" Simpoziumuna köklənib.
Simpozium öncəsi dollar hələ də güclü qalmağa davam edir. Bugün isə Amerika, Avrozona, Almaniya və İngiltərədə açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri də investorlar tətərəfindən yaxından izləniləcək.
FED rəsmilərinin açıqlamalarını izləyərkən, Riçmond FED sədri Tomas Barkin, istiqraz faizlərindəki son hərəkətlərin yersiz bazar sərtləşməsinə işarə etmədiyini, əksinə, yəqin ki, güclü iqtisadi göstəricilərə cavab olduğunu vurğulayıb.
FED-in sentyabrdakı toplantısının nəticəsi barədə danışmayacağını bildirən Barkin, inflyasiyanın yüksək olaraq qalması və tələbin azalma əlamətləri göstərməməsi halında daha sərt pul-kredit siyasətinin gərəkli olduğunu düçündüyünü bildirib.
Məhz investorların FED-in sərt monetar siyasəti tezliklə sonlandırmayacağı düşüncələri fonunda dollara tələb yüksək olaraq qalır. Nəticədə, EUR/USD, GBP/USD cütlüklərində eniş tendensiyası ardıcıl 6-cı həftədir ki, davam edir.
Dollara tələbin artması iyulun ortalarından etibarən qızılın ucuzlaşmasına da təsir göstərir. Qiymətli metallar bazarında hazırkı görünüşündə hələ də "güvənli liman" missiyasını üzərinə götürməyən, XAU/USD 5-ci həftəyə daşıdığı eniş trendində 1885$-a kimi ucuzlaşsa da, "ayılar" hələ də bu dəstək həddini qırmağa müəssər ola bilmirlər. Lakin qızılnın bir unsiya üzrə qiyməti 1905$ həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?