Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətDünyanın aparıcı Mərkəzi Bankları inflyasiya ilə mübarizəni davam etdirərkən 2022-ci ili yüksək faiz artımı ilə başa vurmağa hazırlaşırlar.
Çərşənbə günü keçiriləcək iclasda FED-dən yarım bəndlik artım gözlənilsə də, investorlar faiz dərəcələrinin nəhayətdə necə yüksələ biləcəyini diqqətdə saxlayacaqlar. Çərşənbə axşamı ABŞ-da açıqlanacaq  inflyasiya göstəriciləri FED-in planları haqqında yeni ipucları verəcək. İnflyasiya proqnozlarının qarışıqlığı və FED toplantısından çıxacaq qərar və açıqlamalar, ehtimal ki, ilin qalan hissəsi və ondan sonrakı dövr üçün ABŞ-da fond birjalarında da tendensiyanın gedişinə ciddi təsir edə bilər. Bu həftə İngiltərə Bankı Mərkəzi Bankının da (BoE) və Avropa Mərkəzi Bankının da (ECB) cümə axşamı keçiriləcək iclaslarında uçot dərəcəsini 0.50% artıracağı proqnozlaşdırılır.
EUR
Bazar iştirakçılarının FED-in dekabr toplantısında uçot dərəcələrini 0.50% artıracağı proqnozlarını qiymətləndirməsi fonunda dollar indeksi 104 bənd hədlərinə qədər geriləyib. Təhlillərə əsasən dollar indeksi 105 bənd həddinin altında qaldıqca eniş tendensiyasını davam etdirə bilər. Bu halda EURUSD və GBPUSD cütlüklərində artım tendensiyası daha da güclənə bilər.
Lakin bu həftə Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya, Biznes aktivliyi indeksi  göstəriciləri, eləcə də "ECB"-nin faiz qərarı və sədr Kristin Laqardın açıqlamaları EURUSD cütlüyündə trendin gedişinə ciddi təsir edə bilər.
GBP
Bu həftə İngiltərədə açıqlanacaq iqtisadi inkişaf və inflyasiya səviyyəsinə dair rəqəmlər, əmək bazarı, pərakəndə satış dövriyyəsi, biznes aktivliyi indeksi kimi vacib iqtisadi göstəricilər, eləcə də İngiltərə Mərkəzi Bankının faiz qərarı və sədr Endryu Beylinin çıxışı GBPUSD cütlüyündə trendin gələcək taleyinə dair bir çox suallara aydınlıq gətirə bilər. 
CHF
Etibarlı liman maliyyə aləti missiyasını uğurla davam etdirən İsveçrə frankı aktuallığını qoruyur. FED-in toplantısı öncəsi dollarla bağlı qeyri-müəyyənliklər səbəbilə investorların rikklərin diversifikasiyası üçün frankda yatırımlarını bir qədər artırdığı müşahidə olunur. 
Cari ticarət həftəsinin 4-cü günü İsveçrə Mərkəzi Bankının Mətbuat konfransı və "LİBOR" dərəcəsi ilə bağlı qərarı investorların diqqət mərkəzində olacaq.
GOLD
Dollar indeksinin ucuzlaşması fonunda qızıla tələb getdikcə artır. Ötən həftə 1809$-a kimi bahalaşan qızıl həftəni 1797$-da tamamladı. Dollar üzərində təzyiqlər artmaqda davam edərsə və 1806$ həddindəki müqavimət səviyyəsi qırılarsa, qiymətli metalın bir unsiya üzrə dəyəri 1850$ və 1888$-a kimi bahalaşa bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 12 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro


iqtisadi xeberler pul qazanmaq biznes krediti valyuta xeberleri bitkoin qiymeti