Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətÖtən həftənin son ticarət günündə ABŞ-da əmək bazarına dair 2022-ci ilin son statistik göstəriciləri dərc olundu. Noyabr ayına nəzərən geriləyən "NFP"-nin dekabr ayında proqnozlaşdırılandan daha çox artmasına baxmayaraq, əmək haqlarındakı geriləmə, həmçinin, sənaye və xidmət sektorlarında iqtisadi aktivliyin neqativ zonaya düşməsi dolların kəskin ucuzlaşmasına səbəb oldu. 
Nəticədə dollar indeksi son bir ayda 10-cu dəfə 103.50 bənd hədlərinə gerilədi. DXY bu psixoloji baryerin altına düşsə və "ayılar" qiyməti bu səviyyənin altında saxlaya bilsələr, kanalın aşağı sərhəddi - 100 bənd səviyyəsi test edilə bilər. Əksinə "buğa"lar qiyməti 106 bənd həddinin üzərinə qaytara bilsələr, artım tendensiyası 108 və 110 bənd hədlərinə kimi yüksələ bilər. 
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Bu həftə cümə axşamı Amerikada dərc olunacaq inflyasiya göstəriciləri dollar indeksində tendensiyanın hansı istiqamət üzrə davam edəcəyində həlledici rol oynaya bilər.
EUR
Cümə günü dolların kəskin ucuzlaşması fonunda EUR/USD məzənnəsi yenidən 1.06$ hədlərinin üzərinə yüksəldi. Təhlillərə əsasən dollar indeksindəki eniş tendensiyası dərinləşərsə, avro dollar qarşısında 1.09$-ə qədər bahalaşa bilər.
GBP
Ötən həftənin sonu 1.21$-a kimi bahalaşan GBPUSD məzənnəsindən tendensiyanın necə davam edəcəyinə bu həftənin cümə günü İngiltərədə açıqlanacaq ÜDM göstəriciləri ciddi təsir edə bilər. Nəticələr proqnozlaşdırılan kimi kəsrlə açıqlanarsa, artım tendensiyası eniş trendi ilə əvəzlənə bilər.
OİLUK
Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində, eləcə də Yaponiyada  "COVİD-19"-a yoluxma hallarının görünməmiş artımı yenidən sərt karantin tədbirlərini, səyahət qadağalarını gündəmə gətirib ki, nəticədə Brent neftinin bir barel üzrə qiyməti 78$-a ucuzlaşdı. Əgər "ayı"lar qiyməti bu psixoloji dəstək həddinin altına sala və bu həddin altında saxlaya bilsələr, eniş tendensiyası 70$-a qədər davam edə bilər.
GOLD
ABŞ-da ötən həftə Emal Sənayesində Biznes Aktivliyi İndeksi, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi göstəricilərin ardıcıl 3-cü ayda da geriləyərək 2022-ci ili neqativ zonada başa vurması investorların Amerika iqtisadiyyatına inamının daha da azalmasına səbəb oldu. Nəticədə qızıl 1870$ hədlərinə kimi bahalaşdı. Ötən həftəni 1866$-da tamamlayan qiymətli metalın bir unsiya üzrə dəyəri dollar indeksində eniş tendensiyası davam edərsə və "buğa"lar qiymətləri 1870$ həddindəki müqavimət səviyyəsinin üzərində saxlaya bilsələr, 1896$ və 1942$-a kimi bahalaşa bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin  Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 09 yanvar 2023

Oxşar xəbərlər

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler dollar manat kursu rubl mezenne online pul qazanmaq pul qazanmaq