Birjalarda son vəziyyət
Ötən həftənin son ticarət günü Amerikada proqnozların çox altında açıqlanan NFP göstəricilərindən sonra dollar indeksi (DXY) həftəni 102.30 bənd həddlərində tamamladı.
Cümə günü iyunun əmək bazarı hesabatı fonunda investorların FED-in bu ay faiz dərəcələrini artırmağa davam edəcəyinə ehtimalları daha çox inam qazandı.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
ABŞ iqtisadiyyatı iyun ayında son iki il yarımda ən aşağı məşğulluğu yaratdı, lakin davamlı olaraq artan əmək haqqları əmək bazarı şərtlərinin sıx olaraq qaldığını göstərdi.
Bu həftə Amerikada dərc olunacaq inflyasiya göstəriciləri DXY-da tendensiyanın necə davam edəcəyinə dair bir çox suallara aydınlıq gətirəcək.
Çərşənbə günü açıqlanan İstehlak Qiymətləri İndeksinin iyun ayında illik müqayisədə 3.1% artacağı proqnozlaşdırılır ki, bu da 2021-ci ilin martından bəri ən yavaş artımdır. Qeyri-sabit ərzaq və yanacaq qiymətlərini istisna edən İstehlak Qiymətləri Baza İndeksinin may ayında 5.3%-lik cüzi bir artımla, illik müqayisədə 5% təşkil edəcəyi ehtimal edilir. Bu, FED-in 2% hədəfindən iki dəfə çoxdur.
İnvestorlar, həmçinin Minneapolis FED-in sədri Nil Kaşkari, Klivlend FED-in sədri Loretta Mester, San Fransisko FED-in sədri Meri Deyli və FED-in administrasiyasından Kristofer Uoller ilə birlikdə həftə ərzində bir çox FED rəsmisinin açıqlamalarını izləyəcəklər.
Həmçinin cari ticarət həftəsi ərzində İngiltərədə ÜDM-in həcmi və əmək bazarı hesabatı, Almaniyada İstehlak Qiymətləri İndeksi, Yeni Zellandiya və Kanada Mərkəzi Banklarının faiz qərarları birjaların diqqət mərkəzində olacaq.
Ötən həftəni 102.30 bənd səviyyəsində başa vuran DXY-da qiymətlər 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin altında qaldığı müddətcə, eniş tendensiyası 100 bənd hədlərinə kimi davam edə bilər.
EUR
Ötən həftənin son günü bahalaşaraq həftəni 1.0950 həddinin üzərində tamamlayan EURUSD məzənnəsində qiymətlər 1.10$-ın üzərinə yüksələ və bu həddin üzərində möhkəmlənə bilsə, artım tendensiyası davam edə bilər. Bu həftə Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri, Avrozonada sənaye istehsalının həcmi, ticarət saldosuna dair rəqəmlər və Avropa Mərkəzi Bankının son toplantısının dərc olunacaq protokolları avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.
GBP
Dollar qarşısında ötən həftə 1.2650 həddindən dəstək alaraq 1.2850 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq Ümumdaxili məhsulun həcmi, əmək bazarına dair nəticələri diqqət mərkəzində saxlayacaqlar.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta nədir və necə alınır?
Cash Back nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt