Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətÖtən həftə qlobal bazarlar, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) "şahin" addımlarının davam edəcəyinə dair artan narahatlıqlar fonunda eniş tendensiyası ilə yadda qalarkən, bu həftə ABŞ-dakı inflyasiya göstəriciləri və Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı bu həftə investorların diqqət mərkəzində olacaq.
İnflyasiya ilə mübarizə çərçivəsində iyul ayı toplantısında uçot faizini 25 baza bəndi artıraraq 5.25-5.50%-lə son 22 ilin ən yüksək səviyyəsinə çatdıran FED-in ilin son rübündə atacağı addımlarla bağlı qeyri-müəyyənliklər valyuta birjalarında qiymətləri təzyiq altında saxlamağa davam edir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Analitiklər, ABŞ-da bu həftə açıqlanacaq inflyasiya məlumatlarının bankın monetar siyasətinin gələcəyi ilə bağlı investorların bir sıra suallarına aydınlıq gətirəcəyini ehtimal edirlər.
Ötən həftə xidmət sektoru ilə bağlı məlumatların proqnozlaşdırılandan daha yaxşı çıxması ilə bankın sərtl pul-kredit siyasətini davam etdirə biləcəyi ehtimalları gücləndi.
Analitiklər, enerji qiymətlərindəki son artımların inflyasiyanın artmasına səbəb ola biləcəyini və güclü əmək bazarının Bankın potensial faiz artımı ehtiyacını artıra biləcəyini bildiriblər.
FED-in sentyabr iclasında uçot faiz dərəcəsini sabit saxlayacağının qəti olduğunu ifadə edən analitiklər, valyuta birjalarındakı qiymətlərə görə, bankın noyabr toplantısında faiz dərəcəsini 25 baza bənd artırma ehtimalının 44%-ə qədər yüksəldiyini və bu halın dünya birjalarında qeyri-müəyyənliyi artırdığını düşünürlər.
Analitiklər, əmək bazarı ilə bağlı son açıqlanan məlumatlardan sonra FED-in inflyasiya ilə mübarizə proqramı çərçivəsində əmək bazarının yumşaldılmasının kritik əhəmiyyət kəsb edə biləcəyini qeyd ediblər.
FED rəsmilərinin gələcəkdə atılacaq addımlarla bağlı şifahi rəhbərliyi də investorların diqqət mərkəzində olduğu bir zamanda, Nyu York FED sədri Con Uilyams gələn il işsizlik səviyyəsinin artacağını və 4%-in üzərinə çıxacağını ehtimal etdiyini qeyd edib.
Çikaqo FED sədri Austan Qulsbi, "Müzakirələrimizin artıq faiz dərəcələrinin nə qədər artacağı ilə bağlı olmayacağı bir vaxta sürətlə yaxınlaşırıq" - deyə vurğulayıb.
FED İdarə Heyətinin üzvü Kristofer Uoller, faiz artımlarının sona çatıb-çatmadığını söyləmək üçün daha çox göstəricilərə ehtiyac duyulduğunu və növbəti faiz artımının iqtisadiyyatı resessiyaya sürükləməsinin mümkün görünmədiyini bildirib.
Həmçinin, ötən həftə FED ölkədə iqtisadi fəaliyyətin cari vəziyyətinin qiymətləndirilməsini özündə əks etdirən "Bej Kitab" hesabatını açıqlayıb. Hesabatda iyul və avqust aylarında iqtisadi artımın "mülayim" olduğu və ölkə daxilində əmək bazarında artımın yavaşladığı qeyd edilib.
Ardıcıl 8-ci həftə yüksəliş trendini davam etdirən dollar indeksi (DXY) həftəni 0.8% artımla 105.1 bənd səviyyəsində tamamlayıb və son 7 ayın ən güclü həftəlik bağlanışını edib.
Digər tərəfdən, ötən həftə Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının və ixracın azaldılması qərarlarını ilin sonuna qədər uzatdıqlarını açıqlayıb.
Bu xəbərdən sonra "Brent" markalı neftin barel qiyməti ralli qazanıb və həftəni 1.6% bahlaşma ilə 90.60$ həddində başa vuraraq, 2022-ci ilin noyabr ayından bəri ən yüksək həftəlik bağlanışına nail olub.
ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi həftəni təxminən 7 baza bəndi artımla 4.26% səviyyəsində tamamlasa da, istiqraz faizlərinin artması və DXY-da artım tendensiyasının davam etməsi fonunda qızılın qiyməti 1.1% ucuzlaşaraq bir unsiya üçün 1919.2$-a düşüb.
11 sentyabr tarixindən başlayan həftənin xəbər təqvimində Amerikada çərşənbə günü inflyasiya, pərakəndə satışlar, həftəlik işsizlik müavinatı müraciətləri, çərşənbə günü İstehsal Qiymətləri İndeksi, Nyu York FED istehsal indeksi, cümə günü sənaye istehsalının həcmi və Miçiqan FED-dən İstehlakçı Güvən İndeksinin məlumatları təqib ediləcək.
EUR
Ardıcıl 7 həftədir ucuzlaşan EUR/USD məzənnəsi FED-in sərt monetar siyasətini hələ uzun müddət davam etdirəcəyinə dair ehtimalların qüvvətlənməsi fonunda 8-ci həftə də ucuzlaşaraq həftəlik şamı 1.0680 civarında tamamladı və eniş tendensiyasını 9-cu həftəyə də daşımağa müəssər oldu. Əgər "ayılar" məzənnənin qiymətini 1.07$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər. 
Keçən həftə Avropa birjalarında satış yönümlü bir tendensiya ön plana çıxarkən, bu həftə bütün diqqətlər Avropa Mərkəzi Bankının (ECB) faiz qərarı ilə yanaşı, qərardan sonra ECB sədri Kristin Laqardın çıxışına yönəlib.
Analitiklər Avropada inflyasiya və resessiya dilemmasının davam etdiyini və regionda son açıqlanan məlumatların qarışıq siqnallar verdiyini bildiriblər.
İqtisadçılar valyuta bazarlarında qiymətlərin formalaşmasında ECB-nin faiz dərəcəsini sabit saxlama ehtimalının üstünlük təşkil etdiyini bildirərək, qərardan sonra bazarlarda volatilliyin arta biləcəyini vurğulayırlar.
GBP
Eniş tendensiyasını 8-ci həftəyə daşıyan GBP/USD məzənnəsi cümə günü 1.2460 həddlərinə qədər gerilədi və həftəlik şamı bu səviyyədə bağladı. Cari həftə ərzində GBP/USD məzənnəsində tendensiyanın formalaşmasına Amerikadan və Avrozonadan açıqlanacaq makroiqtisadi göstəricilər eləcə də İngiltərədə əmək bazarı göstəriciləri, ÜDM-in və sənaye istehsalının həcmi, ticarət saldosu kimi önəmli xəbərlər təsir edə bilər. 
Bu həftə çərşənbə axşamı günü Almaniya və Avrozonada "ZEW" iqtisadi ehtimallar indeksi, çərşənbə günü Avrozonada sənaye istehsalının həcmi, cümə axşamı AMB-nin faiz qərarı və sədr Kristin Laqardın çıxışı, cümə günü isə Avrozonanın xarici ticarət saldosu kimi önəmli makroiqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 11 sentyabr 2023

Oxşar xəbərlər

5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmətə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 11

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAz İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 11–15 may 2026-cı il tarixləri qlobal maliyyə bazarları üçün həm makroiqtisad

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı


iqtisadi xeberler bu gunun xeberleri bitcoin qiymeti bitcoin online pul qazanmaq