Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftə Amerikada proqnozların üzərində, İngiltərədə ehtimal edilidiyi kimi açıqlanan ÜDM, həmçinin Almaniyada artan, Avrozonada isə proqnozlaşdırılandan daha aşağı dərc edilən inflyasiya göstəricilərindən sonra dollar indeksi həftəni yenidən 103 bənd həddinin altında tamamladı.
Cümə günü ABŞ-da açıqlanacaq NFP hesabatı və çərşənbə günü paylaşılacaq FED-in iyun ayı iclas protokolları bayram səbəbiylə qısa olacaq ticarət həftəsinin ən əhəmiyyətli xəbərləri hesab edilir. Həmçinin cari ticarət həftəsi ərzində Amerika, Avrozona və İngiltərədə sənaye, xidmət və tikinti sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, Avstraliya Ehtiyatlar Bankının faiz qərarı, Türkiyədə İstehlak Qiymətləri İndeksi kimi önəmli iqtisadi göstəricilər də dərc ediləcək.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Cümə günü ABŞ-da əmək bazarı, xüsusilə də NFP ilə bağlı hesabat əsas diqqət mərkəzində olacaq və iqtisadçılar iyun ayında qeyri-kənd təsərrüfatı sektorunda 200.000 yeni iş yeri açıqlacağını proqnozlaşdırırlar.
May ayında bu rəqəm 339.000 olmuşdu ki, bu da təxminlərdən xeyli yüksək nəticə idi. Lakin işsizlik səviyyəsi 3.7%-ə yüksəldimiş ki, bu da son 7 ayın ən yüksək səviyyəsi hesab edilir.
Ötən həftəni 102.90 bənd səviyyəsində başa vuran DXY-da "Buğalar" qiymətləri 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin üzərinə qaytara və bu həddin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
EUR
Ötən həftənin son günü bir qədər bahalaşaraq həftəni 1.0900 həddinin üzərində tamamlayan EUR/USD məzənnəsində qiymətlər 1.09$-ın üzərində qaldığı müddətcə artım tendensiyası avam edə bilər. Bu həftə Avrozona və Almaniyada açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.
GBP
Dollar qarşısında ötən həftə 1.2620 həddindən dəstək alaraq 1.2720 hədlərinə kimi bahalaşan GBP/USD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq sənaye, xidmət və tikinti sektorlarında Biznes Aktivliyi İndeksi göstəricilərini diqqət mərkəzində saxlayacaqlar.
Məlumat "İnvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta nədir və necə alınır?
Cash Back nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt