Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞEUR.  
Ötən həftə ABŞ-da açıqlanan zəif iqtisadi göstəricilər, eləcə də İngiltərədə artımla açıqlanan inflyasiya rəqəmləri fonunda dollar üzərində təzyiqlər artmaqda davam edir. Lakin Avrozonada proqnozların altında açıqlanan inflyasiya rəqəmləri avronun bahalaşmasına mane oldu. Hazırda 106 bənd hədlərində dalğalanan dollar indeksi 108 bənd həddinin üzərinə yüksəlsə, dollar dünya birjalarında yenidən güclənə bilər. Əks təqdirdə isə eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Digər tərəfdən, San-Fransisko, Klivlend və Kanzas Siti FED sədrlərinin faiz artımlarının davam edəcəyinə dair açıqlamaları isə birjalarda ciddi fikir ayrılıqlarına səbəb ola bilər. 
Bu həftə Avropa Mərkəzi Bankının, eləcə də, FED-in son toplantısının protokollarının dərci, həmçinin Avrozonada, İngiltərədə və Amerikada açıqlanacaq Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
GBP.
Ötən həftə İngiltərədə artımla açıqlanan inflyasiya göstəricilərindən sonra İngiltərə Mərkəzi Bankının sərt monetar siyasətinin davam etdiriləcəyi ehtimallarının daha da artması  GBPUSD cütlüyünün kəskin bahalaşmasına səbəb oldu. 
GBPUSD cütlüyündə qiymətlər 1.2000 hədləri üzərində möhkəmlənə bilsə, funt-sterling dollar qarşısında 1.22$-a kimi bahalaşa bilər. Əgər 1.2000 müqaviməti qırılmasa, artım tendensiyası eniş trendi ilə əvəzlənə bilər.
TRY.
Son 2 ayda üfüqi tendensiya sərgiləyən USDTRY məzənnəsi 18.60TL həddi üzərində möhkəmlənərsə, lirə dollar qarşısında 19TL-yə kimi ucuzlaşa bilər. Bu həftənin 4-cü günü Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı proqnozlaşdırılan kimi azalma ilə açıqlanarsa, USDTRY cütlüyündə üfüqi tendensiya artım tendensiyası ilə əvəzlənə bilər.
GOLD. 
Dollar indeksinin kəskin ucuzlaşması fonunda qızıl yenidən 1773$-a kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq 1750$ həddinə kimi gerilədi. Lakin dollar üzərində təzyiqlər artmaqda davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a kimi bahalaşa bilər. Qiymət 1750$ səviyyəsinin altında qala bilsə, qızıl yenidən ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 22 noyabr 2022

Oxşar xəbərlər

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is


iqtisadi xeberler 1000 manatla biznes investisiya biznes krediti kicik biznes