Bitcoin ətraf mühitə $3.7 mlrd. ziyan vurub – Araşdırma
ABŞ-ın Nyu Meksiko Universitetinin tədqiqatçıları Bitcoin-in iqlimə təsirinin mal əti və xam neft istehsalı qədər olduğunu aşkar ediblər. Buna görə də belə qənaətə gəliblər ki, Bitcoin dayanıqlı deyil və gələcəkdə ətraf mühitlə yanaşı, ciddi sosial təsirləri ola bilər.
2013-cü ildə icad edilən Bitcoin mədənçilik yolu ilə istehsal olunur. Burada mədənçilik o deməkdir ki, güclü kompüterlər daim işləyir və hesablamalar aparır. Bu hesablamaları ən tez bitirən mədənçilər bir Bitcoin əldə edirlər və bunun sayəsində blok zəncirinə (blockchain) yeni bir blok əlavə olunur. İşin sübutu (proof of work) adlanan bu sistem çoxlu elektrik enerjisi tələb edir. Buna görə də onun ətraf mühitə təsiri uzun müddətdir ki, müzakirə mövzusuna çevrilib.
Banker.az xəbər verir ki, araşdırmaya görə, 2021-ci ildə çıxarılan hər Bitcoin ətraf mühitə 11 min 315 dollar ziyan vurub. Bir illik ümumi zərər isə təxminən 3.7 milyard dollardır. Araşdırma həmçinin müəyyən edib ki, Bitcoin-in iqlimə vurduğu zərər onun bazar dəyərinin orta hesabla 35%-inə bərabərdir. Bu o deməkdir ki, Bitcoin-ə xərclənən hər dolların 35 senti ətraf mühitə ziyandır. Tədqiqatçılar bu məlumatları maldarlıq və neft emalı prosesləri ilə də müqayisə ediblər.
Təbii qazın 1 dollarına 46 sent ətraf mühitə zərər, xam neftdən benzin əldə edilməsinindən isə hər 1 dollara görə 41 sent zərər hesablanıb.
Mal əti istehsalının ətraf mühitə vurduğu ziyan hər dollar üçün 33 sentə bərabərdir. Bu o deməkdir ki, Bitcoin iqlimə heyvandarlıqdan daha çox ziyan vurur.
Nyu Meksiko Universitetinin ətraf mühit üzrə iqtisadçısı Benjamin Cons və onun həmkarları bu göstəriciləri "qırmızı həyəcan" adlandırıblar.
Kriptovalyuta mədənçiliyi enerji tələb etdiyi üçün istifadəçilər də bazarda əməliyyatlar aparanda daha çox əməliyyat haqqı ödəməli olurlar. Buna görə "Ethereum" bu yaxınlarda "işin sübutu" prinsipindən imtina etdiyini elan etdi və blok zəncirinə yeni bloklar əlavə etmək üçün başqa bir üsul qəbul etdi. Səhm sübutu (proof of stake) adlanan bu yeni sistemdə əməliyyatlar əlində daha çox coin-i olan istifadəçilər tərəfindən yoxlanılacaq. "Ethereum" Foununun rəsmiləri bu dəyişikliyin enerji tələbatını 99% azaldacağını iddia edirlər.
Bitcoin-in isə belə bir dəyişikliyə getməsi gözlənilmir.

Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşdı
Ev şəraitində pul qazanmağın yolları
Bill Qeyts kimdir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Mcdonalds françayzinqi neçiyədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?