"Bitcoin" mayninq edən kompüterlər texnika ilə məhv edildi - VİDEO
Xəbər verdiyimiz kimi, Bitcoin-in qiyməti təxminən bir ay sonra ilk dəfə 30 min dollardan aşağı düşüb. Digər kriptovalyutalar da Bitcoin ilə bərabər ucuzlaşıblar.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:00-da Bitcoin 6.54% ucuzlaşma ilə 29 min 770 dollardan ticarət olunub.
Ethereum təxminən 9%, Ripple təxminən 10 geriləyib. Bloomberg Galaxy Kripto İndeksi də təxminən 5% nisbətində düşüb.
Aprel ayının ortalarında Bitcoinin qiyməti təxminən 65 min dollara yüksəlmişdi.
Çinin kriptovalyuta əməliyyatlarına son dövrdə tətbiq etdiyi bəzi qadağalar qiymətlərin düşməsinə səbəb olur.
Malayziya polisi isə kriptovalyuta maynerlərinə qarşı əsl "savaş" elan edib. Bu ilin fevral-apel ayları ərzində Bitcoin mayninq edən, dəyəri 1 milyon dollardan çox olan 1069 ədəd kompüter müsadirə edilib. Onların oğurluq elektrik enerjisi əsasında işlədiyi məlum olub. Dünən polis həmin kompüterləri yol yatağı hamarlayan texnikanın altında xırdalayaraq, məhv edib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
Shopify-da necə satışa başlamaq olar?
ZARA-nın uğur hekayəsi
Green Card nədir və onu necə əldə etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta məzənnəsi necə analiz olunur?