"Bitcoin"in məzənnəsi illik zirvədən - 50% Enib
Dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"in məzənnəsinin illik zirvədən enməsi təxminən 50% təşkil edib.
FED.az xəbər verir ki, ötən gün ticarət zamanı "Bitcoin"in dəyəri 32 601 ABŞ dollarına enmişdi, halbuki hələ aprelin ortalarında illik maksimum 64 895,22 dollara çatmışdı. Bazar ertəsi günü "Bitcoin" 35 231,52 dollara ticarət olunur.
Xatırladaq ki, "Bitcoin"in ucuzlaşması keçən həftə "Tesla"nın rəhbəri İlon Maskın bir neçə "twit"indən sonra başladı. Belə ki, o, "Tesla"nın artıq "Bitcoin"i ödəmə vasitəsi olaraq qəbul etməyəcəyini bildirib.
Bundan əlavə, Çin maliyyə qurumlarına və ödəmə şirkətlərinə kriptovalyutalarla hər hansı əməliyyatların aparılmasını qadağan edib. Bu da "Bitcoin" və digər kriptovalyutalara əlavə təzyiq göstərib. (Apa)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib
Bitcoin bahalaşdı
Kriptovalyuta bazarında son qiymət göstəriciləri müəyyənləşib. xəbər verir ki, "Bitcoin"in qiyməti son 1 həftədə 1,28% azalaraq, son 24 saatda isə 4,17% artaraq 106 113 dollar təşkil edib. "Eterium"u
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı
Bitkoin bahalaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında Bitkoin son 24 saatda 0,17% bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib
Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu