"Bitkoin" 5 saat ərzində $2 min - DƏYƏR İTİRİB
Fevralın 8-i bitkoinin məzənnəsi 45 400 dollara çatmışdı ki, bu da aylıq maksimum olub. Lakin sonrakı 5 saat ərzində dünyanın ən populyar kriptovalyutası 2 min dollardan çox ucuzlaşaraq 43 200 dollara düşüb. Bununla belə, dinamikaya baxmayaraq, yanvarın 24-ü qeydə alınan kəskin enişdən sonra bitkoin bərpa olmaya davam edir.
biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, son sutka ərzində müxtəlif kriptovalyutalarla yanaşı, altkoinlər də bahalaşıb. Kapitallaşmaya görə ən böyük sikkələr arasında bunlar olub: XRP – 23%, 0.9 dollar, Cardano – 8%, 1.25 dollar, Avalanche – 11%, 92 dollar, Ethereum – 4%, 3200 dollar.
"Bloomberg"in strateqi Mayk Makqloun bitkoinin cari artım daxilində marjinal dəyərini 100 min dollar olaraq qiymətləndirib. Treyder Castin Benner öz növbəsində yaxın gələcəkdə bitkoinin 46 min dollar çata biləcəyini proqnozlaşdırıb.
Dünyanın ən varlı insanı milyarder İlon Maskın sahib olduğu "Tesla" şirkəti bitkoinin ucuzlaşmasından sonra 100 milyon dollardan çox pul itirib. Bu barədə şirkət ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi illik hesabatda məlumat verib.
Həmçinin sənədlərdən belə çıxır ki, avtomobil istehsalçısı təxminən 2 milyard dollar dəyərində kriptovalyutalara sahibdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. /fed.az

"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
Shopify-da necə satışa başlamaq olar?
ZARA-nın uğur hekayəsi
Green Card nədir və onu necə əldə etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta məzənnəsi necə analiz olunur?