Bitkoinlə bağlı fırıldaqlar - 80% ARTIB
Mərkəzləşdirilməmiş maliyyə platformalarının (DeFi) artması sayəsində kriptofırıldaqçılar 2021-ci ildə rekord məbləğdə 14 mlrd. ABŞ dollar kriptovalyuta mənimsəyiblər.
Eləcə də bax: Azərbaycanda kriptovalyuta əldə edənlər VÖEN açmalıdır - İZAH
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Amerikanın "Chainalysis" şirkətindən bir qrup analitikləri bəyan ediblər.
Analitiklərin fikrincə, rəqəmsal valyuta ilə bağlı cinayətlərdən itkilər 2020-ci illə müqayisədə ötən il 79% artıb. Eyni zamanda, kriptovalyuta sahəsində ən çox cinayətlər fırıldaqçılıq, ardınca oğurluq olub və onların əksəriyyəti blokçeyn layihələrinin sındırılması nəticəsində baş verib.
"Chainalysis"in statistikasına görə, DeFi əməliyyatlarının həcmi 2021-ci ildə 912% artıb. Eyni zamanda kriptovalyutanın oğurlanması 516% artaraq 3,2 mlrd. dollar təşkil edib. Bunun cəmindən oğurlanan vəsaitin 72%-i DeFi protokollarından götürülüb.
Böyümə səbəblərindən biri "mem" kriptovalyutalarının (Dogecoin, shiba inu) kəskin populyarlığı olub. DeFi mexanizmlərinə edilən bütün uğurlu kiberhücumların beşdə biri yeni kriptovalyutaların protokollarındakı boşluqlardan istifadə edilib.

"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
Shopify-da necə satışa başlamaq olar?
ZARA-nın uğur hekayəsi
Green Card nədir və onu necə əldə etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta məzənnəsi necə analiz olunur?