Bitkoinlə bağlı - GÖZLƏNTİLƏR NƏDİR?
Bitkoin (BTC) hazırda kriptobirjalarda eniş yaşamaqdadır və artıq 37 757 dollar səviyyəsinə qədər geriləmə yaşadı.
Eləcə də bax: Kriptovalyuta milyarderləri - AÇIQLANDI
biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, kriptovalyuta bazarı üzrə analitik Nizami Qorçubəy deyir ki, texniki analiz etmək üçün əlimizdə olan ən qədim bitkoin göstəriciləri var.
"Həmin dövrdə 1 bitkoin təqribən 0.05$ qiymətdinə ticarət olunurdu".
Nizami Qorçubəy bildirir ki, 2010 ci ildən indiyədək 3 böyük crash görüb.
• 1-ci crash ( 2011 iyun – 2011 noyabr ) müddətində -93% ucuzlaşma baş verib.
• 2-ci crash ( 2013 noyabr – 2015 yanvar ) müddətində – 86% ucuzlaşma baş verib.
• 3-ci crash (2017 dekabr – 2018 dekabr ) müddətində -84% ucuzlaşma baş verib.
"Nəzərinizə çatdırmaq istəyirəm ki, dördüncü kəskin artım 2021 noyabr ayından başlayıb. Noyabr ayında BTC ən yuxarı həddi təqribən 69 000 dollar idi və hal hazırda təqribən 39 000 dollar ətrafındadır. BTC-nin bundan sonrada pilləvari ucuzlaşacağını proqnoz edirəm. Aşağı həddləri 34 000 – 24 000 – 17 000 və 11 000 dollar olaraq görürəm".
O, əlavə edir ki, ehtimal da var ki bu ayı dövrü 1 ilə yaxın davam etsin.
Ən pis halda BTC 11 000 dollar, ən yaxşı halda isə 34 000 dollar həddinə kimi ucuzlaşmalıdır. Mənim ən çox inandığım hədəf isə 24 000 dollardır".
Bazar üzrə analtikə görə, Azərbaycanda bu sahəyə maraq göstərənlərin 90%-i 2020 ci iln sonlarından 2021 ci ilin əvvələrindən ticarətə qoşulublar və əvvəlki dövrlərdə baş verən crash-lərdən bir çoxları xəbərsizdir.
"Odur ki BTC-nin aşağıdakı qrafikinə diqqətlə baxsınlar. Kripto birja, birjalar içində ən risklisi və ən volatillisidir.
Bir çox treyderlər az pulla daha çox qazanmaq üçün fyuçerslə treyd edirlər, əsasən onlar ehtiyatlı davranmalıdırlar.
Hodl edən (yəni spotda hansısa kriptonu uzunmüddətli alan) investorlar isə təşvişə düşməyə də bilər. Çünki ucuzlaşma 10 il ərzində 3 dəfə baş verib və hər dəfə birja qalxdıqdan sonra əvvəlki pik qiymətini dəfələrlə keçib. Əgər psixologiyaları və səbrləri bu ucuzlaşmaya dözəcəksə onlar əllərində kriptovalyutaları satmaya bilərlər.
Yox əgər investorlara pul qısa zamanda lazım olacaqsa və az zərərdədilərsə o zaman məsləhətim ən azı Stabil kriptolara keçid etməkləridir"- deyə Nizami Qorçubəy bildirib.


Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşdı
Biznes nədir və hansı növləri var?
1000 manatla hansı biznesi qurmaq olar?
Dünyanın ən zəngin idmançıları
Biznes nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?