Biz mənzil, maşın axtaranda o pul qazanır: Turbo.az, Bina.az və Tap.az-ın sahibi - Türk şirkətini $1,1 milyarda aldı

Biz mənzil, maşın axtaranda o pul qazanır: Turbo.az, Bina.az və Tap.az-ın sahibi - Türk şirkətini uploads/news/04e419c2825adb5347ea8dfbc696f028.png,1 milyarda aldıTürk dünyasında böyük alqı-satqı baş tutub.
FED.az xəbər verir ki, Türkiyənin Rəqabət, yəni antiinhisar qurumu Türkiyənin məşhur "Həpsiburada" alış-satış platformasının Qazaxıstanın elektron ticarət nəhəngi olan Kaspi.kz şirkətinə satışına icazə verib.
FED.az xəbər verir ki, daha dəqiqi, Qazaxıstan şirkəti "Həpsiburada"nın sahibi olan "D-Market Elektronik Hizmetleri ve Ticaret" şirkətinin nəzarət zərfini əldə edib.
Açıqlamaya görə, Qazaxıstan şirkəti "Hepsiburada"nın sahibi olan "D-Market"in səhmlərinin 65%-lik əsas hissəsini 1,13 milyard dollara alacaq.
Müqavilə şərtlərinə görə, 1,13 milyard dolların 600 milyon dolları dərhal, 526,9 milyon dollar isə müqavilədən 6 ay sonra ödəniləcək.
"Hepsiburada" kimin şirkəti idi?
Qeyd edək ki, indiyədək "D-Market"in nəzarət səhm zərfi  Hanzade Vasfiye Doğan Boynerə məxsus idi.
"Hepsiburada"nın səhmlərinin 20 faizi açıq şəkildə "Nasdaq"da satılır. İlin əvvəlindən bəri şirkətin səhmləri 72 faiz bahalaşıb.
"Kaspi.kz" şirkəti nə ilə məşğuldur?
Xatırladaq ki, rəsmi məlumata görə, 2008-ci ildə təsis edilən və baş ofisi Qazaxıstanın Almatı şəhərində yerləşən "Kaspi.kz" şirkəti onlayn ticarətlə yanaşı, pərakəndə maliyyə və investisiya xidmətləri göstərir. Buraya onlayn kreditlər, depozitlər və pul köçürmələri aiddir.
Şirkət təkcə 2023-cü ildə 4,5 milyard dollar gəlir əldə edib, bunun 1,9 milyard dolları xalis mənfəət olub.
Kaspi.kz CEO-sundan açıqlama
"Kaspi.kz" şirkətinin CEO-su Mixail Lomtadze, bildirib ki, bundan sonra şirkət Türkiyənin 85 milyon nəfərlik bazarında çalışaaq: " Türkiyə bazarı; 85 milyondan artıq strukturu, iqtisadiyyatı və əhalisi ilə böyük potensiala malikdir".
"Kaspi.kz" şirkəti Azərbaycanda da işləyir
Xatırladaq ki, "Kaspi.kz" şirkəti Azərbaycanda da fəaliyyət göstərir Bu şirkət Azərbaycanın üç populyar elan saytının Turbo.az (avtomobil elanları), Tap.az (yeni və işlənmiş əşyalar elanları) və Bina.az (daşınmaz əmlak elanları) sahibidir.
Şirkət bu 3 saytı əvvəlki sahiblərindən 2019-cu ildə alıb. Həmin vaxt "Kaspi.kz"ın İdarə Heyətinin sədri Mixail Lomtadze bildirmişdi ki, "Biz artıq Azərbaycan bazarına çıxmışıq. Orada avtomobil, daşınmaz əmlak və ümumi yeni və işlənmiş malların satışı üçün ən böyük platformaya sahibik: Turbo.az (avtomobil bazarı), Tap.az (yeni və işlənmiş əşyalar bazarı) və Bina.az (daşınmaz əmlak bazarı).

Biznes     Tarix: 19 noyabr 2024

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler investisiya bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu