"Bizim üçün rublun məzənnəsinin proqnozlaşdırıla bilən olması vacibdir" - NAZİR
Maliyyə naziri Anton Siluanov TASS-a müsahibəsində Rublun son ucuzlaşmasına nəyin təsir etdiyindən danışıb.
Marja.az-ın məlumata görə, Anton Germanov bildirib ki, Rublun məzənnəsinin zəifləməsi ilk növbədə ticarət balansı - ölkəyə daxil olan və xaricə valyuta axını ilə bağlıdır:
"Üstəlik, yay tətil vaxtıdır, xaricə səyahət edənlər artan zaman valyutaya tələbat da artır. Bəzi ekspertlər valyuta bazarındakı vəziyyəti əcnəbilərin Rusiyadakı bizneslərini satmaları ilə əlaqələndirirlər. Əcnəbilər Rusiyadakı bizneslərini satanda xarici valyuta alıb xaricə köçürürlər. Amma biz Mərkəzi Bankla razılaşmışıq ki, biznesin satışından valyuta çıxarılmasının həcmi ayda 1 milyard dolları ötməyəcək. Yəni valyuta bazarı üçün kritik deyil.
Ötən il karbohidrogenlərin ixrac qiymətləri yüksək olub, idxal isə azalıb. İndi idxal bərpa olunub və ixrac olunan malların qiymətləri ötən ilki səviyyədən aşağıdır. Bu, xüsusilə qazın qiymətlərində özünü büruzə verir - ötən il onun indiki səviyyədən beş dəfə yüksək olduğu məqamlar olub.
Bizim üçün rublun məzənnəsinin proqnozlaşdırıla bilən olması vacibdir. Bu həm insanlar, həm də biznes üçün vacibdir. Deyəcəksiniz ki, zəif rubl büdcə üçün yaxşıdır, biz daha çox əlavə gəlir əldə edirik. Bəli, elədir. Amma digər tərəfdən nəzərə almalıyıq ki, məzənnə inflyasiyaya təsir edir. İnflyasiyaya nəzarət isə hökumət və Mərkəzi Bank üçün prioritet məsələdir, çünki bu, ilk növbədə əhalinin ən həssas təbəqələrini əhatə edir. Bu o deməkdir ki, insanları dəstəkləmək üçün daha çox vəsait lazım olacaq - müavinətlərin, maaşların, büdcədən digər sosial ödənişlərin indeksləşdirilməsi tələb olunacaq. Bundan sonra Mərkəzi Bankın uçot dərəcəsi yüksələcək, kreditlərin qiyməti artacaq. Ona görə də hər şey nisbidir".

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?