"Biznes mühitinin yaxşılaşdırılmasında insan kapitalı və insan amili çox önəmlidir"

Biznes mühitinin yaxşılaşdırılmasında insan kapitalı və insan amili çox önəmlidir.
FED.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Bakıda keçirilən İnsan İnkişafı Forumunda deyib.
O bildirib ki, bu sahədə biznes mühiti və beynəlxalq reytinqlər üzrə konvensiya fəaliyyət göstərir: "Bu konvensiyada bilavasitə insan inkişafına aid üç xüsusi işçi qrupu fəaliyyətdədir ki, onların arasında mən insan kapitalı işçi qrupunu xüsusi vurğulamaq istərdim.
Gənclərin və uşaqların biznes təfəkkürünün formalaşdırılması, onların biznes düşüncə tərzinin yeni, müasir çağırışlar əsasında yaradılması bizim üçün ən aktual mövzulardandır".
Vüsal Şıxəliyev qeyd edib ki, cəmiyyətdə artıq müasir çağırışlar ondan ibarətdir ki, resursların tükənən xarakterli olması və eyni zamanda 4-cü sənaye inqilabının bu gün yaratdığı yeni sahələr, yeni iş prinsipləri insan kapitalına xüsusi diqqət yetirməyi vacib bilir:
"Bu sahədə daim öyrənmək, inkişaf etmək, yeni biliklər və bacarıqların öyrənilərək tətbiq edilməsi əsas prioritet kimi müəyyən edilməlidir.
İnsan kapitalının inkişafında özəl sektorun rolunun imkanları və resursları nədən ibarətdir? Bu sahədə dövlət qurumlarının təqdim etdiyi siyasət alətlərinin məhz özəl sektor tərəfindən praktikada tətbiqinin nailiyyətləri bizim üçün çox önəmlidir. Nəzərə alsaq ki, qanun və qaydaların biznesə tətbiqi və reallaşdırılmasında bilavasitə iştirakçıları biznes dairələridir. Bu baxımdan dövlət və biznes dialoqunda biz istərdik ki, əməkdaşlıq imkanları daha da genişləndirilsin".
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in 5 əsas prioritetindən biri məhz rəqabətli insan kapitalına əsaslanır. Bu yöndə ölkəmizdə insan kapitalının inkişafına yaradılmış əlverişli mühit və bu sahədə infrastruktur proseslərindən tutmuş cəmiyyətin bütün maraqlı tərəflərinin prosesdə inkluziv iştirakı üçün imkanlar və ekosistemin yaradılmasına nail olunmuşdur", - dəyə. V. Şıxəliyev vurğulayıb. (Trend)

Biznes     Tarix: 11 fevral 2025

Oxşar xəbərlər

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler investisiya pul qazanmaq dollar manat kursu bitkoin qiymeti