Biznes subyektlərinin qarşılaşdığı hüquqi mübahisələr və onların - HƏLL YOLLARI

Biznes subyektlərinin qarşılaşdığı hüquqi mübahisələr və onların - HƏLL YOLLARIBiznes subyektləri fəaliyyətlərini həyata keçirərkən müxtəlif növ hüquqi mübahisələrlə qarşılaşırlar.
Atasının kreditini ödəməkdən yayınmaq istədi, alınmadı – ALİ MƏHKƏMƏDƏN YENİ QƏRAR
FED.az xəbər verir ki, bu mübahisələr əsasən üç əsas kateqoriyaya bölünə bilər: biznes subyektlərinin bir-biri ilə, biznes subyektləri ilə dövlət orqanları və qurumları arasında, eləcə də biznes subyektləri ilə onların səhmdarları və ya işçiləri arasında baş verən mübahisələr. Vəkil və biznes məsləhətçi Hüseyn İsmayılov FED.az-a bu mübahisələr və həll yolları haqqınd məlumat verib. 
Bu məqalədə əsas diqqət biznes subyektlərinin öz aralarındakı mübahisələrə, onların səbəblərinə və həll yollarına yönəldiləcək.
Ümumiyyətlə, biznes subyektləri arasında hüquqi mübahisələrin yaranma səbəbləri müxtəlifdir. Bunları ümumiləşdirsək, əsasən müqavilə münasibətlərindən irəli gələn və digər hüquqi əsaslara söykənən mübahisələr kimi qruplaşdırmaq mümkündür.
Müqavilə münasibətlərindən irəli gələn mübahisələrə bir sıra hallar misal göstərilə bilər:
Ödənişlərin gecikdirilməsi və borc məsələləri – Xüsusilə mal və xidmətlər üçün ödənişlərin vaxtında edilməməsi biznes subyektləri arasında ən çox rast gəlinən mübahisələrdən biridir.
Təchizat zəncirində yaranan problemlər – Müəyyən məhsul və ya xidmətlərin təchizatında gecikmələr və ya keyfiyyətlə bağlı çatışmazlıqlar tərəflər arasında ciddi fikir ayrılıqlarına səbəb ola bilər.
Əmlak və icarə ilə bağlı mübahisələr – Əsasən kommersiya obyektlərinin icarəyə verilməsi prosesində icarəçi və icarədar arasında anlaşılmazlıqlar yarana bilər.
Sığorta və kompensasiya ödənişləri – Sığorta müqavilələri çərçivəsində ödənişlərin edilib-edilməməsi və ya mübahisəli məbləğlər bizneslər arasında münaqişələrə yol açan amillərdən biridir.
Müqavilə şərtlərinin pozulması – Müqavilə tərəflərinin üzərlərinə düşən öhdəlikləri tam və dəqiq yerinə yetirməməsi və ya şərtlərin fərqli izah edilməsi tez-tez rast gəlinən mübahisə səbəblərindəndir. Bəzən müqavilədə qeyri-müəyyən və ya natamam ifadələrin istifadəsi tərəflərin müxtəlif şərhlər verməsinə yol açır. Məsələn, "keyfiyyətli mal" anlayışının konkret meyarlarla müəyyən olunmaması və ya çatdırılma müddətinin dəqiq göstərilməməsi tərəflər arasında fikir ayrılıqlarına səbəb ola bilər.
Təcrübədə rast gəlinən nümunələrdən biri kimi aşağıdakı müqavilə şərtini göstərmək olar:
"İcraçı, sifarişçi tərəfindən ödəniş edildikdən sonra malların çatdırılmasını öz öhdəsinə götürür."
Bu ifadəyə diqqət yetirdikdə görmək olar ki, malların yalnız ödənişdən sonra çatdırılacağı müəyyən edilib, lakin nə vaxt, hansı ünvana və hansı şərtlərlə təhvil veriləcəyi göstərilməyib. Belə olan halda, icraçı malları 3 gün və ya 1 ay ərzində çatdırsa da, müqavilənin konkret şərtləri pozulmamış olur, amma bu qeyri-müəyyənlik tərəflər arasında mübahisə yaranması üçün kifayət qədər əsas yaradır.
Digər səbəblərdən irəli gələn biznes mübahisələrinə aşağıdakı hallar misal göstərilə bilər:
Ticarət markaları və intellektual mülkiyyət hüquqları ilə bağlı mübahisələr – Brend adları, patentlər, məhsullar və digər intellektual mülkiyyət obyektlərinə dair hüquqların pozulması bizneslər arasında münaqişələrə səbəb ola bilər.
Rəqabətə dair mübahisələr – Xüsusilə Rəqabət Məcəlləsinin qəbul edilməsindən sonra bəzi şirkətlər qeyri-qanuni rəqabət praktikalarına görə bir-birinə qarşı hüquqi mübahisələr qaldıra bilərlər. Bura bazar manipulyasiyası, rəqib şirkətlərin işçilərinin qanunsuz cəlb edilməsi və ya istehlakçıları aldadan reklam kampaniyaları kimi hallar daxildir.
Zərərvurmadan doğan mübahisələr – Müəyyən hallarda biznes subyektlərinin əməkdaşlarının digər şirkətlərin əmlakına vurduğu ziyan hüquqi çəkişmələrə səbəb ola bilər.
Bəs bu mübahisələr necə həll edilir?
Biznes subyektləri arasında mübahisələrin həlli üçün ənənəvi üsul, şübhəsiz ki, məhkəmələrdir. Adətən, müqavilələrdə tərəflər arasında yarana biləcək mübahisələrin ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə məhkəmə qaydasında həll ediləcəyi nəzərdə tutulur.
Lakin son illərdə qanunvericilikdə aparılan dəyişikliklər nəticəsində biznes subyektləri arasında mübahisələrin həlli üçün iki alternativ mexanizm formalaşmışdır.
Mediasiya prosesi
Alternativ həll yollarından biri 05 aprel 2019-cu il tarixində qüvvəyə minmiş "Mediasiya haqqında" qanunla tənzimlənən mediasiya institutudur. Mediasiya, mübahisələrin mediatorun vasitəçiliyi ilə tərəflərin qarşılıqlı razılığı əsasında həll olunmasını nəzərdə tutan prosesdir. Bu mexanizm çərçivəsində hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər), eləcə də mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlar iştirak edə bilərlər.
Mediasiya yolu ilə aşağıdakı mübahisələrin həlli mümkündür:
Mülki və kommersiya mübahisələri,
Ailə münasibətlərindən irəli gələn mübahisələr,
Əmək münasibətlərindən doğan mübahisələr,
İnzibati hüquq münasibətlərindən qaynaqlanan mübahisələr.
Qeyd etmək lazımdır ki, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrdə mediasiya prosesi məcburidir.
Arbitraj prosesi
Biznes mübahisələrinin alternativ həll üsullarından digəri 25 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş "Arbitraj haqqında" qanunla tənzimlənən arbitraj mexanizmidir. Arbitraj, məcburi hüquqi qüvvəyə malik qərarın çıxarılması məqsədilə arbitraj məhkəməsi tərəfindən mübahisəyə baxılması prosesidir. Arbitraj məhkəməsi ya təkbaşına arbitr, ya da arbitrlər kollegiyası tərəfindən həyata keçirilir.
Arbitraj, formal məhkəmə strukturu olmasa da, mübahisələrin məhkəmə xaricində həll edilməsi üçün nəzərdə tutulmuş alternativ hüquqi mexanizmdir. Tərəflər mübahisənin arbitraj yolu ilə həll edilməsi üçün əvvəlcədən arbitraj sazişi bağlaya bilərlər. Bu halda, tərəflər mübahisənin dövlət məhkəmələri deyil, özlərinin müəyyən etdiyi arbitr və ya arbitrlər tərəfindən həll edilməsinə razılıq vermiş olurlar.
Arbitraj vasitəsilə həll edilə bilən mübahisələr:
Kommersiya xarakterli mübahisələr,
Tərəflərin sərəncam hüququna malik olduğu və üçüncü şəxslərin hüquqlarına və qanuni maraqlarına toxunmayan mübahisələr.
Arbitraj vasitəsilə həll edilə bilməyən mübahisələr isə bunlardır:
Cinayət və inzibati xətalara dair işlər,
İnzibati və digər publik hüquq münasibətlərindən irəli gələn mübahisələr,
Əmək münasibətləri ilə bağlı mübahisələr,
Ətraf mühitin mühafizəsinə dair mübahisələr,
Əqli mülkiyyət hüquqlarının müəyyən edilməsi və qeydiyyatı ilə bağlı mübahisələr,
Rəqabət hüququ və istehlakçı hüquqlarının müdafiəsi sahəsində yaranan mübahisələr,
İstehlak kreditləri ilə bağlı mübahisələr,
Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları ilə bağlı mübahisələr,
Müflisləşmə və iflas halları,
Hüquqi şəxslərin ləğvi və ya qərarlarının etibarsız hesab edilməsi ilə bağlı mübahisələr,
Fiziki şəxslərin iştirak etdiyi, lakin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmayan mübahisələr,
Yükdaşıma müqavilələrindən irəli gələn və yükdaşıyanlara qarşı qaldırılan iddialar,
Daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı mübahisələr.
Beləliklə, biznes subyektləri üçün mübahisələrin həlli üçün məhkəmədən əlavə mediasiya və arbitraj kimi alternativ mexanizmlər mövcuddur.
Nəticə olaraq, biznes subyektləri arasında yaranan mübahisələr ənənəvi olaraq məhkəmələr vasitəsilə həll edilsə də, son illərdə mediasiya və arbitraj kimi alternativ mexanizmlər geniş tətbiq olunmağa başlamışdır. Bu mexanizmlər mübahisələrin daha sürətli, çevik və az xərcli həll edilməsinə imkan yaradır. Müqavilələrin dəqiq tərtib olunması və hüquqi risklərin öncədən qiymətləndirilməsi isə biznes subyektləri üçün mübahisələrin yaranmasının qarşısını almağın ən effektiv yollarından biridir. Buna görə də, sahibkarlar və şirkətlər hüquqi təhlükəsizliklərini təmin etmək üçün peşəkar hüquq məsləhətlərindən yararlanmalı və mübahisələrin həllində ən uyğun üsulu seçməlidirlər.
Vəkil və biznes məsləhətçi Hüseyn İsmayılov

Biznes     Tarix: 25 fevral 2025

Oxşar xəbərlər

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu


iqtisadi xeberler leobank kart bitkoin qiymeti telefonla pul qazanmaq investisiya