Bolqarıstanda SOCAR-a qaz ticarəti üçün lisenziyanın verilməsi müzakirə olunacaq
Bolqarıstanın Enerji və Su Təsərrüfatı Tənzimlənməsi Komissiyası Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təbii qaz ticarəti üçün lisenziyanın verilməsi məsələsini müzakirə etmək üçün açıq iclas keçirəcək.
Daha əvvəl Bolqarıstanın Enerji və Su Təsərrüfatı Tənzimlənməsi Komissiyasının (KEWR) sədri İvan İvanov SOCAR-ın bu lisenziyanı almaq üçün heç bir maneənin olmadığını bildirib.
"Bununla da tədarükün təhlükəsizliyi yaxşılaşacaq, eləcə də regionun digər ölkələri üçün tədarükün şaxələndirilməsi təmin ediləcək. Eyni zamanda, bu, Bolqarıstan tərəfindən irəli sürülən və Avropa Komissiyasının dəstəklədiyi "Həmrəylik halqası" təşəbbüsünün həyata keçirilməsi olacaq. Bu, regionun digər ölkələrinə təbii qaz nəqli üçün mənbə-ölkə kimi rolumuzu daha da gücləndirir", – İ.İvanov bildirib.
O vurğulayıb ki, SOCAR və "Bulgargaz" şirkətləri arasında imzalanmış uzunmüddətli müqaviləyə əsasən Azərbaycan hər il Bolqarıstana bir milyard kubmetrə yaxın qaz tədarük edəcək. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Ev şəraitində pul qazanmağın yolları
Biznesə aid ən yaxşı 10 kitab
Mcdonalds françayzinqi neçiyədir?
Marketinq nə demədir?
Bill Qeyts kimdir?