"Bosniya və Herseqovina Azərbaycan investisiyasını cəlb etməkdə maraqlıdır"
Son illər Azərbaycanla Bosniya və Herseqovina arasında münasibətlərin dinamik inkişafı müşahidə olunur. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 3,2 dəfə artaraq 5,1 milyon dollara çatıb. Ümumiyyətlə, son iki ildə ölkələrimiz arasında ticarət dövriyyəsində yeddi dəfə artım qeydə alınıb. Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri ölkələr arasında yeni səhifənin açılması kimi xarakterizə olunur.
FED.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib.
Onun sözlərinə görə, səfər çərçivəsində müzakirə olunan məsələlər, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı əldə edilən razılaşmalar praktiki olaraq ondan xəbər verir ki, artıq növbəti mərhələdə iki ölkə arasındakı əlaqələrin dərinləşməsini müşahidə edəcəyik. Xüsusilə də Bosniya və Herseqovina Azərbaycan investisiyasını cəlb etməkdə maraqlıdır. Prezident İlham Əliyev tərəfindən artıq bu istiqamətdə tapşırıq və göstərişlər verilib. Qısa müddətdə daha böyük həcmdə Azərbaycan sərmayəsinin Bosniya və Herseqovinaya yönəldilməsi nəzərdə tutulur.
V.Bayramov bildirib ki, səfər zamanı yaşıl enerji sahəsində əməkdaşlığın qurulması da müzakirə edilən məsələlərdən idi. Ümumiyyətlə, enerji təhlükəsizliyinə töhfə Azərbaycanın Aralıq dənizi regionu ilə bağlı siyasətinin əsas prioritetlərindəndir. Azərbaycan bu istiqamətdə Bosniya və Herseqovina ilə də yaxından əməkdaşlıq edəcək. Nəqliyyat dəhlizləri, yükdaşımalar kimi sahələrdə də birgə əməkdaşlıq iki ölkə üçün prioritetdir. Prezident İlham Əliyevin səfəri müddətində kifayət qədər çox şaxəli məsələlərin müzakirəsi ondan xəbər verir ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır. Münasibətlərimiz birmənalı şəkildə hər iki ölkənin milli maraqlarına uyğun olaraq növbəti illərdə daha da inkişaf edəcək.

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Dropshipping nədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt