Böyük Britaniyada inflyasiya 4% səviyyəsində qalıb
Böyük Britaniyanın istehlak qiymətləri indeksi (CPI) yanvar ayında illik 4% təşkil edib. 2023-cü ilin dekabr ayı ilə müqayisədə yanvar inflyasiyası 0.6% az olub. Bu məlumat Britaniya Milli Statistika İdarəsinin (ONS) aylıq hesabatında təqdim olunur.
"Reuters"in sorğusuna qatılan analitiklər ev təsərrüfatlarının enerji qiymətlərinin yüksəlməsini nəzərə alaraq yanvarda inflyasiyanı 4.2% proqnozlaşdırmışdılar. Bununla yanaşı, elektrik enerjisinin qiymətinin artımı bəzi digər kateqoriyalı mal və xidmətlərin qiymətlərinin azalması və ya olduğu kimi saxlanılması ilə kompensasiya edilib.
Böyük Britaniyada inflyasiya 2022-ci ilin oktyabrında pik həddinə çataraq 11.1% olub. Kansler Ceremi Hantın dediyi kimi, "inflyasiya heç vaxt düz xətt şəklində düşmür, amma planımız işləyir; biz inflyasiyanın 11%-dən aşağı salınmasında təsirli irəliləyiş əldə etdik və İngiltərə Bankı onun yaxın aylarda təxminən 2%-ə düşəcəyini proqnozlaşdırır". / banker.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
CV hazırlayarkən buraxılan 5 səhv
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Layihə menecmenti nədir?