Böyükşorun "şirin günləri" başlayır, "Şəhər içində şəhər" yaradılacaq - BAKIDA $5 MİLYARDLIQ LAYİHƏ İMZALANDI

Böyükşorun Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumunun plenar sessiyası çərçivəsində Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliyinin investisiya naziri Muhəmməd Həsən əs-Suveydinin iştirakı ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Modon Holding"i arasında "Şəhər daxilində şəhər" ("City within a City") konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
FED.az xəbər verir ki, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Modon Holding"in sədri Cəssəm Muhəmməd Bu Ataba əz-Zəəbi imzalayıblar.
5 milyard dollaradək investisiya yatırımı nəzərdə tutan konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.
Daha sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. Tədbir zamanı aşağıdakı sənədlər imzalanıb:
Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarına dair Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi - sənədi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin baş icraçı direktoru Marco Arçelli imzalayıblar.
Təmizlənmiş suyun alqı-satqısı üzrə Su Satınalma Müqaviləsi - sənədi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və Marco Arçelli imzalayıblar.
Torpaq Sahəsinin İcarəsinə dair Müqavilə - sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Marco Arçelli imzalayıblar.
Dövlət Zəmanəti Müqaviləsi - sənədi maliyyə naziri Sahil Babayev və Marco Arçelli imzalayıblar.
Dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək. Gündəlk 300 min kubmetr məhsuldarlığa malik layihənin dəyəri 407 milyon dollar təşkil edir. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı "ACWA Power" tərəfindən həyata keçiriləcək.
Layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etmək məqsədlərimiz sırasındadır. 

İnvestisiya     Tarix: 22 sentyabr 2025

Oxşar xəbərlər

AMB investisiya şirkətləri üçün kapital tələblərini yenilədi

"2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiya"sına uyğun olaraq, kapital bazarları iştirakçılarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin beynəlxalq tənzimləmə standartlarına uyğunluq səviyyəsini

Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon ABŞ dollarına çatıb. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev Azərbaycan-Çexiya Biznes Forumunda bildirib. Onun sözlərinə görə, investisiy

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi 2-ci Azərbaycan Beynəlxal

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - AÇIQLADI

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "Transmill

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Prezident: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

Azərbaycan Prezidenti İlham Əliyev bu gün iki mühüm müqavilənin imzalanacağını açıqlayıb. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiy

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. xəbər verir ki, söhbət zamanı Preziden


iqtisadi xeberler internetden pul qazanmaq iqtisadiyyat xeberleri biznes ideyalari dollarin kursu bu gun