bp-nin Azərbaycanda sosial sərmayə layihələrinə indiyədək xərclədiyi vəsaitin həcmi açıqlanıb

bp-nin Azərbaycanda sosial sərmayə layihələrinə indiyədək xərclədiyi vəsaitin həcmi açıqlanıbFəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləyib.
bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı azalıb
FED.az xəbər verir ki, bunu bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin Azərbaycanda sosial sərmayə layihəsinin üçüncü mərhələsinin yekununa həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir: "Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib".
"Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir", - deyə B. Aslanbəyli qeyd edib (Trend).

İnvestisiya     Tarix: 22 avqust 2025

Oxşar xəbərlər

AMB investisiya şirkətləri üçün kapital tələblərini yenilədi

"2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiya"sına uyğun olaraq, kapital bazarları iştirakçılarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin beynəlxalq tənzimləmə standartlarına uyğunluq səviyyəsini

Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon ABŞ dollarına çatıb. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev Azərbaycan-Çexiya Biznes Forumunda bildirib. Onun sözlərinə görə, investisiy

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi 2-ci Azərbaycan Beynəlxal

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - AÇIQLADI

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "Transmill

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Prezident: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

Azərbaycan Prezidenti İlham Əliyev bu gün iki mühüm müqavilənin imzalanacağını açıqlayıb. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiy

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. xəbər verir ki, söhbət zamanı Preziden


iqtisadi xeberler internetden pul qazanmaq iqtisadiyyat xeberleri biznes ideyalari dollarin kursu bu gun