Britaniya parlamenti Conson hökumətinə etimadsızlıq votumu elan edə bilməyib
Böyük Britaniyanın İcmalar Palatası beş saatlıq müzakirələrdən sonra Boris Conson hökumətinə etimadsızlıq votumu elan edə bilməyib.
238 deputat mövcud hökumətin əleyhinə səs versə də, 349 deputat onu dəstəkləyib. Müzakirələr əsasən daxili məsələlərlə bağlı olub. Leyboristlər Boris Conson hökumətini əhaliyə sosial dəstəyin uğursuzluğunda günahlandırıb. Hökumətə etimadsızlıq votumu elan edilsəydi, Böyük Britaniyada ümumi seçkilər keçirmək lazım gələcəkdi.
Boris Consonun istefası Mühafizəkarlar partiyasının yeni liderinin və Nazirlər Kabinetinin növbəti başçısının namizədliyi ilə bağlı partiyadaxili müzakirələrə səbəb olub. Partiyanın aparıcı üzvləri yeni baş nazirin sentyabrın əvvəlində, İcmalar Palatası yay tətilindən qayıtdıqdan sonra təyin edilməsini istəyir. Müvafiq müsabiqənin planları "1922-ci il komitəsi" adlanan qurumun (İcmalar Palatasında mühafizəkarlar qrupu) iclasında təsdiqlənəcək.
Müsabiqə iki mərhələdə keçiriləcək. Əvvəlcə Mühafizəkar deputatlar namizədlərin sayını ikiyə endirəcək. Daha sonra bütün partiya üzvləri arasında növbəti lideri müəyyən edəcək kampaniya başlayacaq. "1922-ci il komitəsi" iyulun 21-də müsabiqənin parlament mərhələsini başa vurmağı planlaşdırır.
Qeyd edək ki, iyulun 7-də təxminən 60 nəfərin Böyük Britaniya hökumətini tərk etməsi səbəbindən Boris Conson Mühafizəkarlar partiyasının rəhbəri vəzifəsindən istefa verməyə məcbur olub. O, yeni

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
CV-nin tərtib edilməsi prinsipləri
Ən bahalı otellər hansılardır?
Elon Musk kimdir?
Dropshipping nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər